“Yallı
(Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi
qrup rəqsləri” UNESCO-nun
Təcili Qorunma Siyahısına daxil edilib
"Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Mədəniyyət və Xarici İşlər nazirliklərinin birgə bəyanatında bildirilir.
Bəyanatda deyilir: "2018-ci ilin 26 noyabr – 1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyasında qəbul edilən qərarla "Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilib.
Sözügedən nominasiya sənədi Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyinin birgə əməkdaşlığı ilə təqdim edilib. Namizədlik sənədinin məhz Naxçıvan adı ilə təqdim edilməsində əsas məqsəd ölkəmizin qədim və tarixi regionu olan Naxçıvanda yaşayan əhalinin ənənəvi mədəniyyətinə və xalq yaradıcılığına dünya miqyasında işıq salmaq və tanıtmaq, eyni zamanda, bu ənənələri UNESCO səviyyəsində qorumaqdır.
Ermənistanın Azərbaycanın digər mədəni irs namizədləri ilə bağlı olduğu kimi "Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” nominasiyasına qarşı təxribat xarakterli cəhdlərinin qarşısı alınıb, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanları tərəfindən sessiyadan əvvəl müvafiq iş aparılıb və ölkəmizin nümayəndə heyəti tərəfindən sessiya zamanı Ermənistan tərəfinə layiqli cavab verilib.
UNESCO ilə əməkdaşlığın
inkişafında və mədəni irsimizin
qorunması və dünya miqyasında təbliğində
müstəsna rolu olan
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun
xoşməramlı səfiri xanım Mehriban
Əliyevanın dəstəyi ilə "Yallı
(Köçəri, Tənzərə),
Naxçıvanın ənənəvi qrup
rəqsləri” ilə yanaşı, hazırda kamança
hazırlanması və ifaçılıq sənəti, dolma hazırlama və paylaşma
ənənəsi, Azərbaycan muğam
ifaçılığı, lavaş
bişirmə və paylaşma ənənəsi,
Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar
ifaçılığı, kəlağayı sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni
İrs üzrə Reprezentativ
Siyahısında, həmçinin Qarabağın
Çövkən ənənəvi atüstü
oyunu isə UNESCO-nun təcili
qorunmaya ehtiyacı olan
qeyri-maddi mədəni irs
siyahısında yer alır”.
Azərbaycan.- 2018.- 29 noyabr.- S. 6.