TÜRKPA Katibliyinin
diplomatik heyəti Cocuq Mərcanlıda
TÜRKPA Katibliyinin diplomatik
heyəti noyabrın
27-də Cocuq Mərcanlıya
səfər edib.
AZƏRTAC
xəbər verir ki, TÜRKPA-nın baş katibi Altınbek Mamayusupov, baş katibin müavinləri Fuad Ələkbərov, Naurız
Aydarov və Ali Yıldız, TÜRKPA komissiyalarının
katibləri Emin Həsənov və Kanatbek Kurmanbekovdan ibarət heyətlə görüşən Cəbrayıl
Rayon İcra Hakimiyyətinin
başçısı Kamal
Həsənov qonaqlara
Cocuq Mərcanlının
tarixi, eləcə də kəndin düşməndən geri
alınmasından sonra
görülən işlər
barədə məlumat
verib.
Bildirilib ki, 2016-cı ilin aprel qələbəsindən
sonra Cocuq Mərcanlıda yaşamaq
mümkün olub. Kəndin bərpasının
ilk mərhələsinə 2017-ci ilin yanvarında Prezident İlham Əliyevin Sərəncamı
ilə başlanılıb.
50 fərdi ev,
məktəb, məscid,
elektrik yarımstansiyası,
hidrometereoloji stansiya, avtomobil yolu və digər müvafiq infrastruktur tikilib, kənd qaz, elektrik enerjisi
və içməli su ilə təmin
olunub. Ötən il iyunun
15-də Prezident İlham
Əliyevin imzaladığı
digər Sərəncamla
Cocuq Mərcanlı kəndində bərpa işləri davam etdirilib. İkinci mərhələdə daha
100 ev tikilib,
kəndin infrastrukturu genişləndirilib.
Altınbek Mamayusupov Cocuq Mərcanlıda Azərbaycan
hökuməti tərəfindən
görülən işləri
yüksək qiymətləndirib. O, TÜRKPA-ya
üzv ölkələrin
Azərbaycan Respublikasının
ərazi bütövlüyü
ilə bağlı yekdil mövqeyini xüsusi vurğulayıb.
Bildirib ki, bu mövqe
Assambleya tərəfindən
qəbul edilmiş bəyannamələrdə də
əks olunub.
Səfər çərçivəsində nümayəndə heyətinin
üzvləri kənd
əhalisi ilə görüşüb, orta
məktəbdə olub,
məşhur Şuşa məscidinin
bənzəri olan Cocuq Mərcanlı məscidini ziyarət ediblər.
Azərbaycan.- 2018.- 29 noyabr.- S. 6.