Ölkə fermerləri birləşir

 

Bu dəfə kənd təsərrüfatı kooperativlərində

 

Nəhayət ki, aqrar sektorda aparılan islahatların sırasında hamının çoxdan gözlədiyi vacib yeniliyin baş tutmasının şahidi olduq. Söhbət aqrar kooperativlərdən gedir. Ümumiyyətlə, kooperativ hərəkatı dünyanın bir çox ölkələrində geniş və həm də çoxdan yayılmış fəaliyyət növüdür. Kənd təsərrüfatı kooperativlərinin yaranma tarixi XIX əsrin əvvəllərinə gedib çıxır. Bu uzun zaman kəsimində davamlı sınaqlardan keçərək inkişaf etmiş kooperativlər mükəmməlləşərək bugünkü müasir simasını almışdır.

Azərbaycan bütün istiqamətlərdə olduğu kimi, aqrar sahədə də islahatlara açıqdır, yeniliklərin tətbiqində maraqlıdır. "Güclü maneələri, müdrik isə bütün yolu axıradək keçib gedir” - çinlilərin bu zərb məsəli Azərbaycanın islahatları inamla sonadək apara bilən ölkə olmasına dəlalət edir. Ölkəmizdə bütün sahələrdə tətbiq edilən yeniliklər bir zərgər dəqiqliyi ilə axıradək işlənilir.

İqtisad elmləri doktoru Müslüm İbrahimov Prezident İlham Əliyev tərəfindən təsdiqlənən "Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” aqrar sahənin gələcəyinə və inkişafına xidmət edən fundamental bazanın qurulmasının əsas mərhələsidir.

Xəbər verildiyi kimi, bu yaxınlarda Sabirabad rayonunun Beşdəli və Yaxadəllək kəndlərində yaradılmış "Birlikİstehsal Kooperativinin təqdimat mərasimi keçirilmişdir. Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri ilk gündən kooperativlərin yaradılmasını dəstəklədiyini qeyd etmiş, amma bu işin könüllülük əsasında görüldüyünü, heç kimin kooperativ yaratmağa məcbur edilmədiyini bildirmişdir. Qeyd etmişdir ki, Kənd Təsərrüfatı Nazirliyi yalnız kiçik pay torpağı olan vətəndaşların birləşərək kooperativ yaratmasını dəstəkləyir, təbliğ edir, onlara məsləhətlər verir.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildə başlayan torpaq islahatı nəticəsində yüz minlərlə kəndli torpaq sahibi olmuşdur. Bu baxımdan kiçik pay torpaqlarının birləşdirilərək kooperativlərə çevrilməsi onların səbirsizliklə gözlədiyi yeniliklərdəndir. Elə buna görə də Sabirabaddan başlayan kooperativləşmə prosesinin digər rayonlarda davam etdirilməsi zərurətə çevrilir. Belə ki, təkbaşına pay torpaqlarında məşğul olan fermerlər dünyanın əksər ölkələrində olduğu kimi, ciddi problemlərlə üzləşir, yeni texnologiyaların, müasir biliklərin tətbiqində, istehsal olunan məhsulun satışında çətinliklərlə qarşılaşırlar.

Kooperativlərdə birləşməklə fermerlər rəqabət qabiliyyətli məhsul istehsal etmək üçün yeni imkanlar qazanır, xarici bazarlara çıxışı daha asan əldə edə bilirlər. Birləşə bilən, kooperativ yaradan fermerlərə dövlət daha çox inam göstərir, onları iri investisiya layihələrinə cəlb edir. Eyni zamanda fərdi qaydada fəaliyyət göstərən fermerə nisbətən kooperativlərdə məhsulun maya dəyəri xeyli ucuz başa gəlir, onlar daha uyğun şərtlərlə müasir texnika ala bilirlər.

Aqrar sahənin ekspertləri belə hesab edirlər ki, Sabirabadda fermerlərin yaratdığı kooperativ digər rayonlar üçünuğurlu nümunəyə çevriləcək. 680 nəfəri özündə birləşdirən bu kooperativ həm də fermerlərin ideyalarını, imkanlarını, potensiallarını üzə çıxaracaq. Məlumat üçün bildirək ki, "Birlikİstehsal Kooperativinin ümumi əkin sahəsi 850 hektardır. Üzvlərinin 380 nəfəri kişi, 300 nəfəri qadındır.

Dünya təcrübəsinə nəzər salsaq, orda da eyni tendensiyanı görə bilərik. Macarıstan, Bolqarıstan, Polşa, Yaponiya, ABŞ və Hollandiya kimi ölkələrin təcrübəsi göstərir ki, bu cür təsərrüfatlar üçün səmərəli işləmək daha asandır. Məhz buna görədir ki, belə ölkələrdə əhalinin ümumi sayının çox az hissəsi aqrar sektorda çalışsa da, onların istehsal etdikləri kənd təsərrüfatı məhsulları ölkələrini ərzaqla təmin etməklə yanaşı, böyük həcmdə ixrac imkanları da yaradır. Təsadüfi deyil ki, bu gün inkişaf etmiş ölkələrdə kənd təsərrüfatı kooperativləri fermerlərin kütləvi surətdə təşkilatlandıqları qurum sayılır. İsveçdə, Danimarkada, Norveçdə, Finlandiyada NiderlanddaYaponiyada kooperativ hərəkatı, demək olar ki, fermerlərin hamısını əhatə edir. FransadaAlmaniyada bütün kənd təsərrüfatı müəssisələrinin 80 faizi kooperativlərdə birləşmişdir.

İnkişaf etmiş ölkələrin əksəriyyətində kənd təsərrüfatı ilə iqtisadiyyatın digər sahələrinin kəsişmə nöqtələrində yaranan çoxsaylı kooperativlər də mövcuddur. Fransa, İtaliyaPortuqaliyada şərab istehsalı və satışının təşkili kooperativlərdən keçir. Fermer təsərrüfatlarını istehsalat avadanlıqları ilə təchizatı ilə də kooperativlər məşğuldur. Kooperativlər həmçinin fermerləri mineral gübrələr və yem məhsulları ilə təmin edir. Hətta bir sıra ölkələrdə kənd təsərrüfatını toxumla təchiz edən kooperativlər var.

İlk baxışdan kiçik pay torpaqlarının birləşdirilərək kooperativlərin yaradılması fermeri rahatsız edə bilər ki, onun bu zaman torpağından məhrum olmaq ehtimalı yaranır. Lakin müasir dünya təcrübəsi göstərir ki, kənd təsərrüfatının müxtəlif istiqamətlərində kooperativlərin yaradılması nəinki kəndlini pay torpağından məhrum etmir, əksinə ona öz torpağında daha çox qazanmaq imkanı verir.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2018.- 30 noyabr.- S. 1; 5.