GUAM ölkələri
beynəlxalq təşkilatlarda birgə fəaliyyəti
gücləndirəcək
GUAM ölkələri beynəlxalq təşkilatlarda birgə fəaliyyəti gücləndirəcək. AZƏRTAC xəbər verir ki, bu fikirlər Ukraynanın paytaxtı Kiyevdə keçirilən GUAM-ın Milli Əlaqələndiricilər Şurasının 48-ci iclasında müzakirələr zamanı səsləndirilib.
İclasda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edib.
Müzakirələr zamanı vurğulanıb ki, GUAM əməkdaşlıq və tərəfdaşlıq etdiyi ölkələrlə, həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələlərini daha da səmərəli etməlidir.
İclasda digər GUAM
ölkələrinin parlamentləri arasında əməkdaşlıq
məsələləri də müzakirə edilib.
Azərbaycan.- 2018.- 30 noyabr.- S. 2.