“Azərbaycan ailəsi-2018”
film festivalının qalibləri
mükafatlandırılıb
Noyabrın 29-da Ailə, Qadın
və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin,
Heydər Əliyev Fondunun və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən "Azərbaycan
ailəsi” film festivalının
qaliblərinin mükafatlandırılması
mərasimi olub.
AZƏRTAC xəbər verir ki, mərasimdə
əvvəlcə festivala
təqdim olunmuş
film və fotolardan ibarət videoçarx nümayiş etdirilib.
Məlumat verilib ki, "Azərbaycan ailəsi” film
festivalına 2009-cu ildən
start verilib. Artıq dördüncü ildir ki, film festivalı çərçivəsində
"Həyatdan şəklə”
adlı fotomüsabiqə
də keçirilir.
Təqdim olunan işlər
Azərbaycanın görkəmli
elm və mədəniyyət
xadimlərindən ibarət
münsiflər heyəti
tərəfindən qiymətləndirilib
və qaliblər müəyyən edilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək
bildirib ki, bu gün dünyada
ailələrin sayının
azaldığı müşahidə
olunur. Təəssüf ki, bir çox ölkələrdə
ailə anlayışı
sosial institut kimi öz əhəmiyyətini
itirmək üzrədir.
Azərbaycanda isə ailə
vətəndaş cəmiyyətinin
formalaşmasında əsas
element kimi qəbul olunur.
Komitə sədri qeyd edib ki, ulu
öndər Heydər
Əliyev hər zaman ölkəmizdə ailə siyasətinin formalaşdırılması işinə
böyük diqqət
yetirib. Bu siyasəti
uğurla davam etdirən Prezident İlham Əliyev ailənin önəmli rolunu qiymətləndirərək
vurğulayıb ki, ölkəmizin inkişafı,
müstəqilliyimizin daha
da möhkəmləndirilməsi
və milli dəyərlərin tam şəkildə
bərqərar edilməsi
üçün ailə
dəyərləri daim
yüksəkdə olmalıdır.
Bu məsələləri hər
zaman diqqət mərkəzində saxlayan
Azərbaycanın Birinci
vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da ölkədə ailə, qadın və uşaq problemlərinin həllinə böyük
dəstək verir, qaçqın və məcburi köçkün
ailələrə xüsusi
qayğı göstərir.
Vurğulanıb ki, "Azərbaycan ailəsi” festivalının
keçirilməsində əsas
məqsədlərdən biri
kinematoqrafiyanın geniş
imkanlarından istifadə
edərək bu sahədə mövcud olan problemləri işıqlandırmaqla onların
həlli yollarının
axtarılmasıdır.
Baş nazirin müavini Əli Əhmədov "Azərbaycan
ailəsi” festivalının
ailə dəyərlərinin
qorunmasına və təbliğinə xidmət
etdiyini bildirib. O qeyd edib ki, mənəvi
sərvətimiz hesab olunan ailə cəmiyyətimizin özəyidir.
Bəzi ölkələrdə cəmiyyət
ailəsiz təsəvvür
oluna bilər, Azərbaycanda isə bu cür deyil.
Bizdə
dövlət siyasətində
ailəyə qayğı
mühüm önəm
kəsb edir. Festivalın digər müsbət təsiri odur ki, bu, həm
də mədəni hadisədir. Cəmiyyətdə insanlar bu festival vasitəsilə öz yaradıcılıq imkanlarını
inkişaf etdirə bilirlər.
Mədəniyyət naziri Əbülfəs Qarayev qeyd edib
ki, bu festival vasitəsilə yaradıcı
insanlar öz potensiallarını beynəlxalq
aləmdə təbliğ
etmək imkanı qazanırlar. Layihə çərçivəsində
ailə ilə bağlı toxunulan mövzular hüdudsuzdur.
Burada mədəniyyət, təhsil,
sağlamlıq və
digər sahələrin
önündə ailə
institutunun gəldiyi göstərilir. Bu festivala geniş auditoriyanın cəlb edilməsinin əsas səbəblərindən danışarkən
onun təşkilatçılarından
birinin də Heydər Əliyev Fondunun olmasını göstərmək lazımdır.
Azərbaycanın Birinci vitse-prezidenti,
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətində bu məsələ önəmli
yer tutur.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının
Azərbaycandakı Tərəfdaşlıq
və Əlaqələndirmə
Ofisinin rəhbəri Mələk Çakmak bildirib ki, hər
bir cəmiyyətdə
sağlam ailə təfəkkürü təhsilə,
səhiyyəyə və
mənəviyyata müsbət
təsir edir. Azərbaycanda ailə institutunun
qorunması ilə bağlı tədbirlərin
görüldüyünü deyən Mələk Çakmak əlavə edib ki, BMT bu
sahədə tərəfdaşlıq
etməkdən məmnundur.
Sonda müxtəlif
nominasiyalar üzrə
"Azərbaycan ailəsi-2018” film festivalının və
"Həyatdan şəklə”
fotomüsabiqəsinin qaliblərinə
diplom və qiymətli hədiyyələr
təqdim olunub.
Azərbaycan.- 2018.- 30 noyabr.- S. 3.