Umberto de PRETTO: “Lapis-Lazuli” layihəsi regionun qlobal iqtisadiyyata daha çox inteqrasiya olunmasınavə əmtəə dövriyyəsinin artırılmasına kömək edəcək”

 

"Lapis-Lazuli” layihəsi çox böyük əhəmiyyətli bir layihə olaraq regionun qlobal iqtisadiyyata daha çox inteqrasiya olunmasına və əmtəə dövriyyəsinin artırılmasına kömək edəcək.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) baş katibi Umberto de Pretto bu sözləri "Lapis-Lazuli” nəqliyyat dəhlizinin iştirakçısı olan ölkələrin nəqliyyat nazirlərinin "Avazamilli turizm zonasında keçirilmiş beynəlxalq konfransında söyləyib.

O deyib: "Bu marşrut üzrə səmərəli yükdaşımalar sistemi yaradılması və yükdaşımaların ləngidilməməsi üçün qanunvericilik səviyyəsində bütün tədbirlər görülməlidir. Viza dəstəklənməsi məsələləri prioritet məsələdir”.

Umberto de Pretto peşəkar sürücülər üçün sadələşdirilmiş viza rejimi tətbiq olunmasını təklif edib. O deyib: "Bizdə təyyarəçilər və dənizçilər üçün mövcud viza sistemi yükdaşımaların sürətini artırır. Mən "Lapis-Lazulimarşrutu üzrə hərəkət edəcək sürücülər üçünbuna oxşar sistem tətbiq olunmasını təklif edirəm. Axı nəqliyyatı elektriklə müqayisə etmək olar - o da müqavimət az olan tərəfə gedir. Əgər "Lapis-Lazulimarşrutu üzrə hərəkət etmək sadə olsa, bu, çoxsaylı tranziterləri cəlb edəcək”.

Xatırladaq ki, ötən həftə Azərbaycan Prezidenti İlham Əliyevin Aşqabada rəsmi səfəri çərçivəsində böyük sənədlər paketi imzalanıb. O cümlədən "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikası və Türkmənistan ərazilərindən keçməklə həyata keçirilən beynəlxalq daşımaların iştirakçıları üçün viza rejiminin sadələşdirilməsi haqqında Sazişi Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və Türkmənistanın Dövlət Miqrasiya Xidmətinin sədri Merqen Qurdov imzalayıblar.

"Lapis-Lazulimarşrutuna dair saziş 2017-ci il noyabrın 15-də Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında Əfqanıstana dair VII Regional iqtisadi əməkdaşlıq konfransında (RECCA - Regional Economic Cooperation Conference on Afghanistan) imzalanıb.

Bu sənədin reallaşdırılması regionun iqtisadi inteqrasiya səviyyəsini yüksəltməyə, ticarətin həcmini əhəmiyyətli dərəcədə artırmağa xidmət edir. "Lapis-Lazuli” beynəlxalq nəqliyyat dəhlizi həmin marşrut üzrə yükdaşımaların həcmini artırmaq üçün yeni imkanlar yaradır.

 

Azərbaycan.- 2018.- 30 noyabr.- S. 4.