Milli təəssübkeşlik onu vətənə qaytarmışdı

 

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş zabit və əsgər ailələrinə birdəfəlik ödəmələrin verilməsi davam edir

 

Mübariz Əsgərov 1991-ci ildə Salyan rayon Hərbi Komissarlığı tərəfindən əsgəri xidmətə çağırılanda Dağlıq Qarabağda, eləcə də respublikamızın Ermənistanla həmsərhəd bölgələrində erməni özbaşınalığı, terroru tüğyan edirdi.

O, sovet ordusu sıralarında xidmət edərkən Salyana - ailələrinə yazdığı məktublarında həmişə onu narahat edən erməni vandalları haqqında maraqlanırdı. Əsgəri xidmətdə nümunəviliyinə, təlimlərdə göstərdiyi çevikliyə və şücaətə görə 1992-ci ilin sonlarında hərbi hissə komandanlığının əmri ilə Azərbaycana, evlərinə qısamüddətli məzuniyyətə göndəriləndə artıq respublikamız bir neçə ay idi ki, öz tarixi müstəqilliyinə qovuşmuşdu. Odur ki, Mübariz ürəyində çox götür-qoy etdi, nəhayət, qəti qərara gəldi ki, əsgəri borcunu Rusiyada yox, öz doğma vətənində yerinə yetirsin. Buna görə həm fərəhlənir, həm də ermənilərə qarşı ürəyi qisas hissi ilə yanırdı. Odur ki, bu barədə respublikanın aidiyyəti qurumlarına, hətta Qızıl Aypara Cəmiyyətinə müraciət edərək təcrübəli əsgər kimi Qarabağda hərbi xidmət keçməyi israrla bildirdi və istəyinə nail oldu.

Mübariz Əsgərov 1972-ci ildə Salyan rayonunda anadan olub. Altı qardaş, iki bacıdan sonra dünyaya gələn Mübariz ailənin sonbeşiyi kimi çox əziz idi. 1989-cu ildə Salyan rayon 7 saylı orta məktəbini bitirmişdi. 1991-1992-ci illərdə Rusiyada hərbi xidmətdə olmuşdu. Sonra hərbi xidmətə getmişdi. Bu dönəmdə erməni vandalları himayədarlarına xaricdən "qorxma-qorxmadeyən lobbilərinə arxalanaraq qədim Azərbaycan torpaqlarını işğal etməyə başlamışdı. 1993-cü il mayın 2-dən Milli Orduda hərbi xidmətdə olan Mübarizi hər gün hansısa bir ailəni, hansısa bir kəndi müsibətə qərq edən şəhid xəbəri rahat buraxmırdı.

Ürəyi qisas hissi ilə yanan Mübariz Əsgərov hərbi qayda-qanunları, silahla necə davranmağı yaxşı bilirdi. Ona görə cəbhəyə ayaq basdığı ilk gündən komandir döyüşçü yoldaşlarının yaxınına çevrildi, bildiklərini gənclərə öyrədirdi, bilmədiklərini - xüsusilə yerli coğrafi relyeflə bağlı məsələləri komandirlərindən öyrənirdi. Əsgər yoldaşlarını həmişə "tapşırıq zamanı qələbənin, ermənini yerində oturtmağın əsas yolu yerli şəraiti, yolu-izi yaxşı bilməkdirdeyə onları itkisiz döyüşə hazırlayırdı.

Erməni silahlıları 1993-cü il iyunun 12-də növbəti dəfə Ağdərəyə Tərtər istiqamətində hücuma keçəndə ön xətdə vuruşan əsgərlər sırasında Mübariz Əsgərovun bölüyü var idi. İki günə yaxın davam edən döyüşlərdə təəssüf ki, Mübariz Əsgərov itkin düşür. Məhkəmə qərarı ilə Əsgərov Mübariz Hilal oğlu ölmüş elan edilir ona şəhid statusu verilir. Vətənin ərazi bütövlüyü uğrunda döyüşlərdə itkin düşmüş yüzlərlə insanın taleyi dövlətin, eləcə respublika üzrə Əsir itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının daim diqqətindədir.

Cəsur döyüşçü Mübariz Əsgərovun xatirəsi həmişə əziz tutulur. Ailə üzvləri dövlət qayğısı ilə əhatə olunur. Salyanlılar fəxrlə bildirirlər ki, bu gün Salyan şəhər uşaq xəstəxanası şəhid Mübariz Əsgərovun adını daşıyır.

"Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqındaAzərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli fərmanına əsasən 1997-ci il avqustun 2-dək respublikamızın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə verilənlərin sırasında şəhid Mübariz Əsgərovun ailəsi var.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli fərmanına əsasən, ölkəmizin ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş Mübariz Əsgərovun ailə üzvləri - qardaşı Məmmədbağır, bacıları Fərqanə Sehranə xanım bildirirlər ki, itkin qardaşımıza görə biz dövlət başçısından, rayon icra hakimiyyəti tərəfindən həmişə diqqət qayğı görmüşük. Buna görə ölkə başçısına, eləcə şəhid analarına, ailələrinə həmişə himayədarlıq göstərən Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ürəkdən minnətdarıq.

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2018.- 30 noyabr.- S. 5.