“Elektron
ticarət” üzrə təlim yekunlaşıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "Azexport.az” portalının Beynəlxalq Ticarət Mərkəzi (ITC) ilə birgə "Elektron ticarət” və "İxrac prosedurları” mövzuları üzrə təşkil etdiyi təlim yekunlaşıb.
Özəl və dövlət qurumlarının 40-dan çox əməkdaşının iştirak etdiyi təlim interaktiv aparıldığı üçün müzakirələr fərqli qruplar üzrə 5 gün davam edib.
ITC-nin ekspertləri Mohamed Es Fih və Eldar Adilzadə təlim zamanı
iştirakçılara informasiya sistemlərindən
istifadə etməklə malların alqı-satqısı, xidmətlərin
və işlərin görülməsi üzrə mərhələlər
barədə ətraflı məlumat veriblər.
Azərbaycan.- 2018.- 30 noyabr.- S. 5.