Azərbaycan Qafqazda bütün fövqəldövlətlərin əsas tərəfdaşıdır

 

İlham Əliyevlə Vladimir Putin arasındakı səmimi dostluq möhkəm bazaya əsaslanan münasibətlərə dinamizm verir

 

Son illərdə müstəqil Azərbaycanın dünya siyasətində əsas söz sahibi olan bütün ölkələrlə əlaqələrini daha da inkişaf etdirməsi, sülh, sabitlikiqtisadi əməkdaşlıq təşəbbüslərini fəal şəkildə dəstəkləməsi bir reallıqdır. Bütün bunlar isə Prezident İlham Əliyev tərəfindən yürüdülən tam müstəqil xarici siyasətin kifayət qədər geniş, düşünülmüş və çoxşaxəli olduğunu göstərir.

Azərbaycanın siyasi, iqtisadiregional məsələlərdə əhəmiyyət verdiyi əsas dövlətlərdən biri Rusiya Federasiyasıdır. Ona görə də Rusiya-Azərbaycan ikitərəfli münasibətləri daim aktuallıq kəsb edib.

 

Bütün istiqamətlər üzrə aparılan danışıqların nəticəsi göz önündədir

 

İki ölkəni dostluq və əməkdaşlıq ənənələri bağlayır və artıq yeni inkişaf mərhələsinə qədəm qoyan münasibətlər beynəlxalq əməkdaşlıqdan tutmuş iqtisadi, hərbi sahələrə qədər geniş spektri əhatə edir.

Bütün bunlar ilk növbədə Prezident İlham Əliyevlə rusiyalı həmkarı Vladimr Putin arasında mövcud olan səmimi dostluq münasibətləri əsasında reallaşıb. Dövlət başçılarının son 3 ayda keçirdikləri 4 görüş, rəsmi və işgüzar səfərlər bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənməsinə güclü təkan verib.

Sentyabrın 27-də Vladimir Putinin Bakıya səfəri strateji tərəfdaşlıq, etibarlı müttəfiqlik münasibətlərini daha da möhkəmləndirdi və həmçinin iqtisadi-ticari əlaqələrinin genişlənməsinə real zəmin yaratmış oldu.

Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forum isə göstərdi ki, bu illər ərzində bütün istiqamətlər üzrə aparılan danışıqlar hazırda müsbət nəticələrini verməkdədir.

 

Ticari-iqtisadi əlaqələrdə inkişaf dinamikası

 

Rusiya Prezidenti Vladimir Putinin söylədiyi kimi, regionlararası əlaqələr dövlətlərarası münasibətlərin mühüm tərkib hissəsidir. Ötən ay İlham Əliyevin Rusiyaya səfəri, liderlərin Soçi görüşüimzalanan yeni mühüm 17 sənəd, Rusiyanın təxminən 70 regionunun Azərbaycan regionları ilə sıx işləməsi bunu təsdiq edən faktorlardır. İmzalanan son yeni sənədlər dövlətlərarası əlaqələrin gələcək quruculuğu üçün əlavə normativ baza yaradacaq.

Bu isə bir daha onu təsdiqləyir ki, hər iki ölkənin lideri daim maraqlar balansı axtarır və bu istiqamətdə real işlər görülür. Ticari-iqtisadi əlaqələrdə inkişaf dinamikası göz önündədir. Bu da xoş təəssürat oyadır, çünki bu, artmaqda olan dinamikadır. Ticari-iqtisadi əlaqələrə nəzər yetirdikdə aydın şəkildə görünür ki, həm ötən il, həm də bu il əmtəə dövriyyəsi artıb. Ötən il Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyaya satışı təxminən 12 faiz çoxalıb.

Rusiya Azərbaycan üçün həm idxal üzrə, həm də ölkəmizin qeyri-neft sektoru məhsullarının ixracı üzrə bir nömrəli tərəfdaşdır. Azərbaycanda Rusiya kapitallı 760 şirkət fəaliyyət göstərir.

 

Qarşılıqlı investisiyalar

 

Həmçinin Rusiya və Azərbaycanda qarşılıqlı investisiyalarla əlaqədar layihələr həyata keçirilir. Energetika, neft-qaz sahələrində çox möhkəm əlaqələr mövcuddur.

İlham Əliyevin Soçiyə səfəri zamanı liderlər həmçinin yüksəkgərginlikli elektrikötürücü xəttin ikinci növbəsinin tikintisi ilə bağlı məsələləri müzakirə ediblər. Bu xəttin tikintisi elektrik mübadiləsini daha çox nizama salmağabu sahədə üçüncü ölkələrlə əlaqələri genişləndirməyə imkan verəcək.

İki ölkə eyni zamanda nəqliyyat sahəsində çox fəal əməkdaşlıq edir. Birgə reallaşdırılan "Şimal-Cənub” layihəsi artıq öz nəticəsini verir. Ötən illə müqayisədə bu il həmin dəhlizlə yükdaşımaların nəqli 100 dəfədən çox artıb. İlham Əliyevin söylədiyi kimi, bu dəhliz Avrasiyanın ən mühüm nəqliyyat xətlərindən biri olacaq, bununla da iki ölkənin daha da yaxınlaşmasına kömək edəcək və tranzit potensialını artıracaq.

Vladimir Putin hesab edir ki, "Şimal-Cənub” beynəlxalq nəqliyyat layihəsi AvropaAsiya bazarlarını yaxınlaşdırmağa yönələn, İran, Azərbaycan və Rusiyadan keçən dəhlizdir. Həqiqətən irimiqyaslı böyük , yaxud təşəbbüs çərçivəsində iki ölkənin inşaatçıları Samur çayı üzərində sutkada 37 mindən çox maşın buraxmaq qabiliyyəti olan yeni körpü tikirlər.

Bununla yanaşı Xəzər dənizinin statusu haqqında Konvensiya da iki ölkə arasında qarşılıqlı faydalı kooperasiya üçün yeni imkanlar açıb. Artıq mövcud sənədlərin imzalanması Xəzər regionunda əməkdaşlıq üçün Rusiya və Azərbaycana yaxşı baza yaradır. Bundan sonra Rusiya və Azərbaycan şirkətləri regionda perspektivli layihələrin reallaşdırılması ilə fəal məşğul olacaqlar.

 

Şirkətlərimizin Rusiyanın regionlarında fəaliyyəti daha da genişlənəcək

 

Doqquzuncu Azərbaycan-Rusiya Regionlararası Forumunun plenar iclasında çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, iki ölkənin dövlət başçıları arasındakı yüksək səviyyəli münasibətlər iki ölkənin əməkdaşlığının strateji xarakter almasına təkan verib. Rusiyanın Azərbaycanın idxal üzrə əsas tərəfdaşı olduğunu deyən nazir, həmçinin qeyri-neft məhsullarının ixracı sahəsində də Rusiyanın Azərbaycan üçün öncül yerdə dayandığını söyləyib.

Azərbaycan-Rusiya İşgüzar Şurasının məqsədinin iki ölkənin biznes nümayəndələri arasında əlaqələrin qurulması və genişlənməsi olduğunu deyən qurumun sədri Səməd Qurbanov isə bu məqsədlə görüşlərin, konfransların və forumların təşkil edildiyini bildirib. O, şuranın fəaliyyəti haqqında geniş məlumat verib, burada müxtəlif sahələrə aid işgüzar dairələrin təmsil olunduğunu söyləyib. Səməd Qurbanov Azərbaycan şirkətlərinin Rusiya regionlarında fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində fəaliyyət göstərdiklərini bildirərək rusiyalı biznesmenləri hərtərəfli əməkdaşlığa dəvət edib.

 

Yeni saziş yeddi "dəyirmi masa

 

Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forum çərçivəsində - "Sənaye energetika: ikitərəfli əlaqələrin perspektivləri”, "Turizm sahəsində əməkdaşlığın inkişafı”, "Aqrar sahədə əməkdaşlığın inkişafı”, "Kiçik orta sahibkarlıq sahəsində əməkdaşlıq”, "Humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi”, "Nəqliyyat tranzit yükdaşımaları sahəsində əməkdaşlığın möhkəmləndirilməsi”, "Qadın sahibkarlığının inkişafı sahəsində əməkdaşlıq perspektivlərimövzuları ilə bağlı 7 "dəyirmi masakeçirilib.

Kiçik orta biznesin inkişafına həsr edilmiş "dəyirmi masa”da hər iki tərəfdən 70-dək biznes nümayəndəsi iştirak edib burada məsələlərin geniş spektri müzakirə olunub. Təbii ki, bu müzakirələr iki ölkə arasındakı iqtisadi-ticari, humanitar əlaqələrin daha da inkişafına mühüm töhfə vermiş olacaq.

Onu da vurğulayaq ki, Azərbaycan-Rusiya Rusiya-Azərbaycan İşgüzar Şuraları arasında əməkdaşlığa dair Saziş imzalanıb, eləcə iki ölkənin şirkətləri biznes təşkilatları arasında razılaşmalar olub. Bütün bunlar isə iki strateji tərəfdaşın münasibətlərində yeni inkişaf mərhələsinin başlandığını göstərir.

 

Gənclər birgə iqtisadi layihələrin fəal iştirakçısına çevrilirlər

 

Onu da vurğulayaq ki, İqtisadiyyat Nazirliyinin tabeliyində yeni fəaliyyətə başlayan Azərbaycan Respublikasının Kiçik Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB), "İşgüzar RusiyaÜmumrusiya İctimai Təşkilatı, Rusiya-Azərbaycan İşgüzar Şurası İslam Biznesi Beynəlxalq Assosiasiyası arasında əməkdaşlıq memorandumları imzalanıb.

Sahibkarlığın inkişafı istiqamətində təşəbbüslərin reallaşdırılmasını nəzərdə tutan ilk memoranduma əsasən, KOBİA RAGB gənclərin sahibkarlıq fəaliyyətinin təşviqi, bu məqsədlə onların arasında Azərbaycan Rusiyanın biznes mühitinə dair məlumatlandırma işlərinin aparılması, azərbaycanlı gənc mütəxəssislərin tələbələrin təcrübə proqramlarının hazırlanması, qabaqcıl təcrübə mübadiləsi istiqamətlərində əməkdaşlıq edəcək.

KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov agentliyin gənclər arasında sahibkarlığın inkişafı təşviqi sahəsində dövlət qurumları ilə yanaşı, ictimai təşkilatlarla da sıx əməkdaşlıq etdiyini vurğulayıb. Qeyd olunub ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi RAGB Azərbaycan ilə Rusiya arasında əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfələr verir. Bu baxımdan, imzalanmış memorandum gənclərin hər iki ölkədə reallaşdırılan iqtisadi layihələrin fəal iştirakçısına çevrilməsində əhəmiyyətli rol oynayacaq.

Orxan Məmmədov onu da bildirib ki, IX Azərbaycan-Rusiya Regionlararası Forumu iki strateji tərəfdaş arasındakı bütün sahələrdəki əlaqələrə mühüm töhfə möhkəm bazaya əsaslanan münasibətlərə dinamizm verəcək, imzalanan yeni sənədlər isə münasibətləri daha da şaxələndirəcək.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2018.-2 oktyabr.- S. 1; 5.