Qarabağ danışıqlarında İlham Əliyevin növbəti qətiyyət nümunəsi

 

Azərbaycan Prezidentinin liderlik keyfiyyətini və savadlılığını etiraf edən Paşinyana Ermənistan ictimaiyyətinin ciddi təzyiqi var: "Bakı ilə sülhə təcili hazırlaş!”

 

Ermənistanda son hakimiyyət dəyişikliyindən sonra iqtidara gələn yeni qüvvələrin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədikləri mövqe təkcə Azərbaycanda yox, həm də beynəlxalq ictimaiyyətdə ciddi narazılıq yaratmışdı.

Xüsusən də baş nazir Nikol Paşinyanın işğal edilmiş ərazilərdə yaradılan separatçı rejimin danışıqlar prosesində tərəf olmasını gündəmə gətirməsi sülh prosesinin üzərindən birdəfəlik xətt çəkirdi. Bütün bunlar eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamə və qərarlarına qarşı açıq hörmətsizlik xarakteri daşıyırdı.

Problemin daha bir tərəfi bundan ibarət idi ki, Yerevanın əvvəlki bəyanatlarına zidd olaraq, Ermənistan baş naziri Dağlıq Qarabağ bölgəsini Ermənistanın tərkib hissəsi kimi nəzərdən keçirməyə çalışırdı. Bu qəbuledilməz mövqe beynəlxalq hüququn norma və prinsiplərinə qarşı olmaqla bərabər, həmçinin ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan sülh prosesini təhlükə altına alırdı.

 

Paşinyan üçün tarixi şans

 

Beləliklə, Ermənistan ən yüksək siyasi səviyyədə əsl niyyətinin danışıqlar vasitəsilə münaqişənin həlli deyil, Azərbaycan ərazilərinin qanunsuz işğalının davam etdirilməsi olduğunu nümayiş etdirirdi. Belə vəziyyətdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hərbi müstəvidə həll ehtimalı artırdı ki, bu da ermənilər üçün əsl fəlakət anlamına gəlirdi. Bundan əndişələnən erməni cəmiyyətində, siyasi dairələrində Paşinyanın Qarabağ mövqeyinə qarşı açıq çıxışlar başlandı.

Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan bununla bağlı qeyd edir ki, Qarabağ məsələsində Azərbaycanın bütün istiqamətlər üzrə üstünlüyü artır və əsas səbəb də Paşinyan iqtidarı sayəsində ölkə daxilində vəziyyətin çox kəskinləşməsidir: "Təəccüblü deyil ki, öz anti-konstitusion ideyalarını yaymaq üçün iqtidardakılar bütün mümkün tədbirlərə əl atırlar. Onlar sosial dəstəyə bel bağladıqca sosial problemlər həll olunmur, əksinə daha da böyüyür. Cənab baş nazir, siz məndən də yaxşı bilirsiniz ki, müxalifət və xalq sizin dəqiq iqtisadi inkişaf proqramınızın olmamasında, idarəetmə aparatını dağıtmağınızda, cəmiyyətdə təcavüzkarlığı artırmağınızda günahkar deyil. Rusiyada yaşayan erməni biznesmenlər Paşinyana etimad göstərməkdən imtina edib, fransız elitası ilə görüşdə isə heç bir nəticə əldə olunmayıb. Almaniya kansleri Merkelİtaliya prezidenti Cənubi Qafqaza səfəri zamanı Gürcüstan və Azərbaycanda biznes-forumda iştirak edib, özləri ilə investorlar gətiriblər. Amma Ermənistana gələndə belə hallar baş vermədi. Ermənistan əvvəlkindən daha böyük sürətlə zəifləyir.

Belə vəziyyətdə bizim probemləri həll edə biləcəyimiz, Qarabağ siyasətimizi davam etdirməyimiz böyük sual altına düşür. Əksinə, daxildə artan qarşıdurma Qarabağ məsələsində yalnız Azərbaycanın mövqelərini gücləndirir. Xüsusən də məsələ hərbi müstəvidə həll olunsa, bizim qalibiyyət üçün heç bir şansımız olmayacaq. Paşinyan üçün tarixi bir şans var. Bakı ilə təcili sülhə hazırlaşmalı və ya alternativ variantlar fikirləşməliyik”.

 

"Azərbaycan Prezidenti İlham Əliyev savadlı insandır

 

Bütün bunların fonunda Paşinyan həm beynəlxalq ictimaiyyətdən, həm ölkə daxilindən Qarabağ məsələsində ciddi təzyiqlər gördü münaqişə ilə bağlı radikal mövqeyində ciddi səhvlərə yol verdiyini anladı. Bu hal Düşənbədə MDB-nin Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Nikol Paşinyan arasında baş tutan söhbət fonunda özünü qabarıq büruzə verdi.

Xatırladaq ki, söhbət Ermənistan baş nazirinin təşəbbüsü ilə baş tutub. Paşinyan Azərbaycan Prezidenti ilə görüşündən çox məmnun olduğunu gizlətmir. O bildirib ki, Prezident İlham Əliyev onda müsbət təəssürat doğurub. O, Azərbaycan Prezidenti ilə bir sıra məsələlər üzrə razılıq əldə etdiklərini bildirir.

Bunlar sərhəddə sülh şəraitinin qorunması, dialoq danışıqlar prosesinə sadiqlik operativ rabitənin yaradılmasıdır: "Bu razılaşmaların əldə olunmasını çox vacib hesab edirəm. Azərbaycan Prezidenti İlham Əliyev savadlı insandır. Əhəmiyyətlidir ki, İlham Əliyevlə əlaqə yaratmaq barədə razılaşdıq, ATƏT-in Minsk qrupunun üzvlərinə rəsmi məlumat verilib ki, Ermənistan Azərbaycan rəhbərliyi arasında daimi rabitənin yaradılması haqqında razılaşmışıq”. Onun sözlərinə görə, bunun texniki cəhətdən necə icra ediləcəyi hələlik aydın deyil. Lakin bu, vəziyyətə daha operativ nəzarət etməyə imkan yaradacaq.

 

Dağlıq Qarabağ danışıqları əvvəlki formatda aparılacaq

 

Bütün bunlar isə bir sıra vacib məqamları üzə çıxarır. Onlardan birincisi budur ki, Paşinyan əvvəlki Qarabağ mövqeyindən geri çəkilir. Artıq verilən açıqlamalardan aydın olur ki, Qarabağ məsələsində bütün təmaslar əvvəlki kimi Bakı Yerevan arasında olacaq, danışıqlar prosesinin formatı dəyişilməz qalacaq. Yəni, münaqişə tərəfləri olaraq danışıqlar məhz Ermənistan Azərbaycan arasında aparılır. Paşinyanın əvvəlki mövqeyindən fərqli mövqe ortaya qoyması danışıqlar prosesi üçün müsbət şərait formalaşdırır. Belə olan halda təbii ki, Azərbaycan da münaqişənin dinc həlli yoluna sadiqliyini qoruyacaq, danışmaq mümkün olan yerdə gücdən istifadəyə zərurət görməyəcək.

Paşinyan isə Düşənbə görüşünü bir şans kimi qiymətləndirməli, bundan münaqişənin dinc yolla həlli üçün fürsət kimi istifadə etməli, hər şeydən öncə erməni xalqını uzun illərin ağır bəlasından xilas etməlidir. Əgər belə edərsə o, erməni xalqına tarixi xidmət göstərmiş olacaq. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına başlanması ilə regionda dayanıqlı sülh sabitlik təmin olunacaq.

Digər tərəfdən Ermənistanın yeni rəhbərliyi qəbul etməlidir ki, onların ölkəni iqtisadi baxımdan inkişaf etmiş firavan dövlətə çevirməklə bağlı erməni xalqına verdiyi vəd sülh, mehriban qonşuluq münasibətlərinin qurulması, ən əsası qonşuların ərazi bütövlüyünə hörmət etmədən mümkün deyil. Azərbaycan isə açıq bəyan edir ki, sülh, sabitlik qarşılıqlı faydalı regional əməkdaşlığın alternativi yoxdur. Eyni zamanda, münaqişənin həlli yalnız beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində Azərbaycanın suverenliyi ərazi bütövlüyü əsasında mümkündür.

İndi Ermənistanın da bunu mümkün qədər tez qəbul etməsi Dağlıq Qarabağ münaqişəsinin həllini tezləşdirməklə yanaşı, işğalçı ölkənin mövcudluğunun da əsas şərti qismində çıxış edir.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2018.-2 oktyabr.- S. 1; 5.