Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Qala qəsəbəsində silsilə tədbirlər təşkil olunub

 

Paraqvayın məşhur "Recyclingorkestri Qalada geniş konsert proqramı ilə çıxış edib

 

Sentyabrın 30-da "QalaArxeoloji-Etnoqrafik Muzey Kompleksində "Daşın nəğməsi” üçüncü Beynəlxalq Heykəltəraşlıq Simpoziumu çərçivəsində yaradılan əsərlərin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva iştirak ediblər.

Bu ilki simpoziumda 17 ölkədən 20 heykəltəraş iştirak edib. Azərbaycan, Belçika, İtaliya, Türkiyə, Hindistan, Ukrayna, İspaniya, Misir, Meksika, Rumıniya, İran, Norveç, Yunanıstan, Sloveniya, Argentina, SuriyaGürcüstandan olan sənətkarlar əsərlərini Nəsimi yaradıcılığına həsr ediblər. Heykəltəraşlar əsərlərini aqlay daşından Qala qəsəbəsində açıq səma altında yaradıblar.

Sonra qonaqlar "Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda VII Beynəlxalq "Tullantıdan sənətə” sərgisinə baxıblar.

Heydər Əliyev Fondunun təşəbbüsü, "Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, IDEA İctimai Birliyi, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və "Q Gallery” incəsənət qalereyasının dəstəyi ilə təşkil edilən sərgidə 12 ölkədən - Azərbaycan, Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Rumıniya, Bəhreyn, Oman, İran, Latviya, BosniyaHerseqovinadan olan 27 incəsənət nümayəndəsinin əsərləri nümayiş edilib. Məişət tullantılarından istifadə olunaraq hazırlanan sənət nümunələri maraqla qarşılanıb.

Sərginin əsas məqsədi əhaliyə ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaq, onları lazımsız saydıqları əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməkdir.

Sərgi çərçivəsində Paraqvayın məşhur "Recyclingorkestri konsert proqramı təqdim edib. Uşaq və yeniyetmələrdən ibarət bu orkestrin unikal cəhəti onun tullantılardan təkrar emal olunmuş musiqi alətlərindən istifadə etməsidir. Orkestrin rəngarəng çıxışı iştirakçılarının böyük marağına səbəb olub.

Sonra Bakının Qala qəsəbəsində istifadəsiz qalan sənaye anbarında "Açılan divarictimai incəsənət layihəsi təqdim olunub.

Layihə səkkiz yerlixarici "urban art” (şəhər mühitində incəsənət) rəssamın iştirakı ilə reallaşıb

Sərginin ekspozisiyasında Azərbaycan, Braziliya, Belçika, Cənubi Afrika, İspaniya, NiderlandFransadan olan rəssamların binanın divarları üzərində yaratdığı sənət əsərləri nümayiş edilib.

Qeyd edək ki, Bakının Qala qəsəbəsində təşkil olunan bu silsilə tədbirlər Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində reallaşıb.

 

Azərbaycan.- 2018.- 2 oktyabr.- S.4.