Birinci vitse-prezident Mehriban
Əliyevanın İtaliyaya rəsmi səfəri
bu ölkənin KİV-lərində geniş işıqlandırılıb
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın İtaliyaya rəsmi səfəri bu ölkənin çoxsaylı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, İtaliyanın "Il Messaggero”, "Askanews”, "9colonne”, "Agenzia Nova”, "Radioradicale”, "Notizie Yahoo”, "Comunicazione Inform”, "Agvivelino”, "Prealpina”, "Rete Sole” və "Rete7” kimi kütləvi informasiya vasitələri səfər çərçivəsində Birinci vitse-prezident Mehriban Əliyevanın İtaliya Respublikasının Prezidenti Sercio Mattarella və Senatın sədri xanım Maria Elisabetta Alberti Kasellati ilə keçirdiyi görüşlərə yer veriblər.
Yazılarda İtaliya Senatının Custiniani sarayında təşkil olunmuş "Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq münasibətləri” adlı konfransda Birinci vitse-prezident Mehriban Əliyevanın və Senatın sədri Maria Elisabetta Alberti Kasellatinin çıxışlarındakı fikirlərə istinad olunub, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, Azərbaycanın müstəqillik illərində keçdiyi yol, əldə etdiyi nailiyyətlər və Azərbaycan-İtaliya strateji tərəfdaşlığı, Heydər Əliyev Fondunun iki ölkə arasında humanitar əlaqələrin inkişafındakı rolundan bəhs edilib.
Həmçinin İtaliya KİV-ləri Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Romanın Milli Müasir və Çağdaş İncəsənət
Qalereyasında təşkil olunmuş rəsmi
ziyafət barədə məlumat verib.
Ziyafətdə Birinci vitse-prezident
Mehriban Əliyevanın və İtaliya hökuməti adından
çıxış etmiş iqtisadiyyat və maliyyə naziri
Covanni Trianın fikirlərinə yer verilib. Tədbirdə
Azərbaycan Xalq Cümhuriyyətinə dair sərgi və sənədli filmin nümayiş
olunması da qeyd edilib.
Azərbaycan.-
2018.- 2 oktyabr.- S.4.