Koreya Respublikasının
Prezidenti Zati-aliləri
cənab Mun Ce-inə
Hörmətli cənab
Prezident,
Koreya Respublikasının milli bayramı münasibətilə
Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi
yetirirəm.
İnanıram ki, Azərbaycan Respublikası ilə Koreya Respublikası arasındakı dostluq və əməkdaşlıq
münasibətləri xalqlarımızın
mənafelərinə uyğun
olaraq bundan sonra da inkişaf
edəcək və genişlənəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar,
dost xalqınıza daim
əmin-amanlıq və
firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
1 oktyabr 2018-ci il.
Azərbaycan.- 2018.- 3 oktyabr.- S.1.