Daşkənddə keçirilən beynəlxalq turizm sərgisində Azərbaycan da təmsil olunur
Dünya Turizm Təşkilatının dəstəyi ilə Daşkənddəki "Özekspomərkəz” sərgilər salonunda "Turizm Böyük İpək Yolunda” adlı 24-cü beynəlxalq turizm sərgisinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, sərgidə dünyanın 15-dən artıq şirkəti iştirak edir.
Azərbaycanı bu sərgidə "Azərbaycan Hava Yolları” QSC-nin Özbəkistandakı nümayəndəliyi təmsil edir.
Açılışda AZAL-ın Özbəkistandakı nümayəndəliyinin təqdimatı təşkil olunub.
Təqdimatda bildirilib ki, AZAL-ın 80 yaşı tamam olur. Bakıdan ilk təyyarə reysi
1923-cü ildə Bakıdan
Tbilisiyə və geriyə uçub. Bundan sonra digər ölkələrə də
reyslər açılıb.
Qeyd olunub ki, bu il iyunun 30-dan həftədə iki dəfə Bakı-Daşkənd-Bakı
reysləri həyata keçirilir. AZAL böyük aviadaşıyıcı
və MDB ölkələrinin
aviasiya şirkətlərinin
liderlərindən biridir.
Aviaşirkətin ümumi marşrut
şəbəkəsi 25 ölkədə
40 istiqamətdən ibarətdir.
Təqdimatda Azərbaycanın Naftalan şəhərinin müalicə
turizmi sahəsində
geniş təcrübəsi
haqqında da söhbət açılıb. Bildirilib ki,
Özbəkistandan da bu şəfalı müalicə ocağına
çoxlu turist gəlir və onlar AZAL-ın təyyarələrini seçirlər.
Mərasimdə Azərbaycan mülki aviasiyasının tarixi ilə bağlı sənədli film nümayiş
etdirilib, Azərbaycanın
tarixi və mədəniyyəti ilə
bağlı viktorina keçirilib və qaliblərə hədiyyələr
təqdim olunub, milli geyimli qızlar
Azərbaycan rəqslərini
ifa ediblər.
Azərbaycan.-
2018.- 4 oktyabr.- S.5.