Maldiv Respublikasının yeni seçilmiş Prezidenti
Zati-aliləri cənab İbrahim Məhəmməd
Solihə
Hörmətli cənab Solih,
Maldiv Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.
Ümidvaram ki, ölkələrimiz arasındakı münasibətlər birgə səylərimizlə bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 oktyabr
2018-ci il
Azərbaycan.-
2018.- 5 oktyabr.- S.2.