İraq Respublikasının
Prezidenti Zati-aliləri
cənab Bərham Salehə
Hörmətli cənab
Prezident,
İraq Respublikasının Prezidenti
vəzifəsinə seçilməyiniz
münasibətilə Sizi
səmimi qəlbdən
təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə İraq arasındakı dostluq və əməkdaşlıq
münasibətləri xalqlarımızın
mənafelərinə uyğun
olaraq bundan sonra da inkişaf
edəcək və genişlənəcəkdir.
Sizə möhkəm
cansağlığı, xoşbəxtlik,
dost İraq xalqının
rifahı naminə qarşıdakı fəaliyyətinizdə
uğurlar arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 4 oktyabr
2018-ci il.
Azərbaycan.-
2018.- 5 oktyabr.- S.2.