Beynəlxalq Şahmat
Federasiyasının vitse-prezidenti cənab
Mahir Məmmədova
Hörmətli Mahir Ələsgəroviç,
Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.
Həmvətənimizin belə məsul vəzifəyə seçilməsi Azərbaycanda şahmatın inkişafına və şahmatçılarımızın beynəlxalq miqyasda nailiyyətlərinə verilən yüksək qiyməti bariz şəkildə əks etdirir.
Qarşıdakı işinizdə Sizə uğurlar arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 oktyabr
2018-ci il
Azərbaycan.-
2018.- 5 oktyabr.- S.2.