Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Tacikistan
Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil
kvotalarının qarşılıqlı ayrılması
haqqında Protokolun təsdiq edilməsi
barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Təhsil
Nazirliyi ilə Tacikistan Respublikasının
Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı
ayrılması haqqında
2018-ci il avqustun 10-da Bakı şəhərində imzalanmış
Protokol təsdiq edilsin.
2. Bu fərmanın
1-ci hissəsində göstərilən
protokol qüvvəyə
mindikdən sonra Azərbaycan Respublikasının
Təhsil Nazirliyi onun müddəalarının
həyata keçirilməsini
təmin etsin.
3. Azərbaycan
Respublikasının Xarici
İşlər Nazirliyi
protokolun qüvvəyə
minməsi üçün
zəruri olan dövlətdaxili prosedurların
yerinə yetirildiyi barədə Tacikistan Respublikası Hökumətinə
bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
4 oktyabr 2018-ci il
Azərbaycan.- 2018.- 5 oktyabr.- S.2.