Parisdə Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə namizədliyinə həsr olunan simpozium keçirilib
Parisdə Bakı şəhərinin “Ekspo 2025” Ümumdünya Sərgisinə namizədliyinə dair “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusunda simpozium keçirilib.
AZƏRTAC xəbər verir ki, simpoziumda Beynəlxalq Sərgilər Bürosunun baş katibi Visente Lossertales, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, ölkəmizin Beynəlxalq Sərgilər Bürosundakı nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov, təhsil naziri Ceyhun Bayramov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, insan kapitalı üzrə beynəlxalq ekspert Peter Fisk, “Bakı Ekspo 2025” Ümumdünya Sərgisinin işçi qrupunun üzvü Məryəm Qafarzadə çıxış ediblər.
Beynəlxalq Sərgilər Bürosunun nümayəndələrinin, üzv dövlətlərin səfirlərinin və təmsilçilərinin iştirak etdikləri tədbiri açan Elçin Əmirbəyov insan kapitalının Azərbaycanın inkişafındakı rolu, ölkəmizin qlobal dialoq platformasına çevrilməsi və beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, Bakıda “Ekspo 2025” üçün nəzərdə tutulan məkan haqqında ətraflı məlumat verib.
Visente Lossertales
“Bakı Ekspo 2025”in mövzusunun qlobal əhəmiyyətindən danışıb.
O, mövzunun Beynəlxalq
Sərgilər Bürosunun
missiyasına, dövrümüzün
çağırışlarına cavab verdiyini vurğulayıb.
Peter Fisk insan
kapitalının inkişafının
əhəmiyyətinə toxunaraq
təcrübəsini bölüşüb. O, yeni texnologiyaların tətbiqi
ilə dövlət qurumlarının və özəl sektorun birgə fəaliyyətinin
inkişafa töhfəsindən,
innovasiya və tərəqqinin təşviqinin
önəmindən danışıb.
Simpoziumda “Bakı Ekspo 2025”in BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə
uyğun olan istedad, sağlamlıq və nailiyyət kimi alt mövzularına toxunulub.
Ceyhun Bayramov istedad alt mövzusundan danışaraq
gələcək nəsillərin
inkişafı və onlara dəstəkdən söz açıb. O, bacarıqlar,
tədqiqatlar, innovasiyalar
sahələrində ideyaların
bütün dünyada
insanların rifahının
yüksəlməsinə töhfə
verəcəyini vurğulayıb.
Nazir Azərbaycan gənclərinin
xaricdə təhsil almaları ilə bağlı dövlət proqramlarından da bəhs edib.
Nazir bildirib ki, “Ekspo”
parkının girişində
təşkil olunacaq “İstedad bulvarı” hər kəsin diqqətini cəlb edəcək. Real və
virtual mühit yaradaraq
yeni vasitələrə
yiyələnmək və
biliklərin mübadiləsini
həyata keçirmək
imkanı yaradılacaq.
“İnsanın
istedadı qığılcımdır
və bu, böyük alova çevrilə bilər. “Bakı Ekspo 2025” sərgisində çoxlu
alovların yaranacağını
səbirsizliklə gözləyirik. Azərbaycan hələ
qədim zamanlardan “Odlar Yurdu” kimi
tanınır”, - deyə
C.Bayramov vurğulayıb.
Daha sonra Məryəm Qafarzadə sağlamlıq
alt mövzusu üzrə
çıxış edib.
Sahil Babayev ölkəmizin insan kapitalına sərmayə
yatıraraq inkişafa
necə nail olmasından
danışıb. O, hər
bir ölkənin gələcəyinin səhiyyə,
təhsil və məşğulluqdan asılı
olduğunu söyləyib.
S.Babayev bütün cəmiyyətlərin
tərəqqisi üçün
yeni texnologiyaların transformasiya gücünün
istifadə edilməsinin
önəmini diqqətə
çatdırıb.
Nazir vurğulayıb ki, Azərbaycan insan kapitalına sərmayə
yatırımı sahəsində
digər ölkələrə
ən yaxşı nümunədir. O, son onillik ərzində ölkəmizdə
yoxsulluğun azaldılması,
yeni iş yerlərinin açılması,
davamlı, hərtərəfli
iqtisadi inkişafa nail
olunması istiqamətində
görülən işlərdən
bəhs edib.
Sonra iştirakçıların sualları
cavablandırılıb.
Sonda Elçin Əmirbəyov simpoziumun iştirakçılarına müraciət
edərək deyib ki, biz bu gün
“Ekspo 2025” Ümumdünya
Sərgisi üçün
seçdiyimiz mövzunun
dünya ölkələrinin
həyatına necə
müsbət təsir
edə biləcəyi
barədə ətraflı
təqdimat nümayiş
etdirmək imkanı əldə etdik. Bakı “Ekspo 2025” sərgisinə möhtəşəm
şəkildə ev sahibliyi etmək üçün bütün imkanlara, əlverişli coğrafi mövqeyə və milli dəstəyə malikdir. Biz dünya
ölkələrini qlobal
əhəmiyyətli bir
mövzu ilə 2025-ci
ildə Azərbaycanın
paytaxtı Bakı şəhərində qəbul
etməyə ümid edirik.
Azərbaycan.- 2018.-5 oktyabr.- S.3.