Azərbaycan Respublikası hökuməti ilə Tacikistan Respublikası hökuməti
arasında baytarlıq sahəsində əməkdaşlıq
haqqında Sazişin təsdiq edilməsi
barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası hökuməti
ilə Tacikistan Respublikası hökuməti
arasında baytarlıq
sahəsində əməkdaşlıq
haqqında 2018-ci il avqustun 10-da Bakı şəhərində
imzalanmış saziş
təsdiq edilsin.
2. Bu fərmanın
1-ci hissəsində göstərilən
saziş qüvvəyə
mindikdən sonra Azərbaycan Respublikasının
Nazirlər Kabineti onun müddəalarının
həyata keçirilməsi
üçün tədbirlər
görsün.
3. Azərbaycan
Respublikasının Xarici
İşlər Nazirliyi
sazişin qüvvəyə
minməsi üçün
zəruri olan dövlətdaxili prosedurların
yerinə yetirildiyi barədə Tacikistan Respublikası hökumətinə
bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
4 oktyabr 2018-ci il
Azərbaycan.- 2018.- 6 oktyabr.- S.2.