Azərbaycan Respublikası hökuməti ilə Tacikistan Respublikası hökuməti arasında sənaye və yeni texnologiyalar sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası hökuməti ilə Tacikistan Respublikası hökuməti arasında sənaye yeni texnologiyalar sahəsində əməkdaşlıq haqqında 2018-ci il avqustun 10-da Bakı şəhərində imzalanmış saziş təsdiq edilsin.

2. Bu fərmanın 1-ci hissəsində göstərilən saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Tacikistan Respublikası hökumətinə bildiriş göndərsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 oktyabr 2018-ci il

 

Azərbaycan. - 2018.- 6 oktyabr.- S.2.