Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi ilə Tacikistan
Respublikasının İqtisadi İnkişaf və Ticarət Nazirliyi
arasında əməkdaşlıq haqqında Sazişin
təsdiq edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi ilə Tacikistan Respublikasının
İqtisadi İnkişaf
və Ticarət Nazirliyi arasında əməkdaşlıq haqqında
2018-ci il avqustun 10-da Bakı şəhərində imzalanmış
saziş təsdiq edilsin.
2. Bu fərmanın
1-ci hissəsində göstərilən
saziş qüvvəyə
mindikdən sonra Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi
onun müddəalarının
həyata keçirilməsini
təmin etsin.
3. Azərbaycan
Respublikasının Xarici
İşlər Nazirliyi
sazişin qüvvəyə
minməsi üçün
zəruri olan dövlətdaxili prosedurların
yerinə yetirildiyi barədə Tacikistan Respublikası hökumətinə
bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
4 oktyabr 2018-ci il
Azərbaycan.- 2018.- 6 oktyabr.-
S.2.