Azərbaycan Respublikasının
Dövlət Sərhəd Xidməti ilə Tacikistan
Respublikasının Milli Təhlükəsizlik
Dövlət Komitəsi arasında Tacikistan
Respublikasının Milli Təhlükəsizlik
Dövlət Komitəsinin Sərhəd Qoşunlarının
hərbi qulluqçularının Azərbaycan Respublikasının Dövlət Sərhəd
Xidmətinin Akademiyasında təhsil almaları haqqında Sazişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Dövlət
Sərhəd Xidməti
ilə Tacikistan Respublikasının Milli Təhlükəsizlik Dövlət
Komitəsi arasında
Tacikistan Respublikasının
Milli Təhlükəsizlik
Dövlət Komitəsinin
Sərhəd Qoşunlarının
hərbi qulluqçularının
Azərbaycan Respublikasının
Dövlət Sərhəd
Xidmətinin Akademiyasında
təhsil almaları haqqında 2018-ci il avqustun 10-da Bakı şəhərində imzalanmış
saziş təsdiq edilsin.
2. Bu fərmanın
1-ci hissəsində göstərilən
saziş qüvvəyə
mindikdən sonra Azərbaycan Respublikasının
Dövlət Sərhəd
Xidməti onun müddəalarının həyata
keçirilməsini təmin
etsin.
3. Azərbaycan
Respublikasının Xarici
İşlər Nazirliyi
sazişin qüvvəyə
minməsi üçün
zəruri olan dövlətdaxili prosedurların
yerinə yetirildiyi barədə Tacikistan Respublikası hökumətinə
bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
4 oktyabr 2018-ci il
Azərbaycan.- 2018.- 6 oktyabr.-
S.2.