Aida İmanquliyeva - Azərbaycanda ilk şərqşünas professor

 

“Azərbaycan qadını” dedikdə gözlərimizin önündə hansı obraz canlanır? Ev xanımı, gözəl ana həyat yoldaşı? Bu stereotipi yox etmək üçün sizə Azərbaycan şərqşünaslığında yeni dövr ərəb ədəbiyyatının ilk tədqiqatçısı Aida İmanquliyeva haqqında danışacağam. Oktyabrın 10-da bu heyrətamiz taleyə malik qadının doğum günü Azərbaycanda növbəti dəfə qeyd olunacaq.

Bu fikirlər AZƏRTAC-ın Rusiya Federasiyasındakı xüsusi müxbiri Fəridə Abdullayevanın www.russia-on.ru internet saytında yerləşdirilmiş məqaləsində yer alıb.

Məqalədə qeyd edilir ki, filologiya elmləri doktoru, professor Aida İmanquliyeva Bakıda, görkəmli Azərbaycan jurnalisti, pedaqoqu, Əməkdar elm xadimi Nəsir İmanquliyevin ailəsində dünyaya gəlib. Nəsir İmanquliyev XX əsrin ortalarında populyar olan “Bakı” “Baku” axşam qəzetlərinin əsasını qoyub. İnternetin müxtəlif xəbər telekanallarının olmadığı həmin illərdə bakılılar işdən sonra axşam saatlarında satışa çıxarılan “Bakı” qəzetini almaq üçün köşklərin qarşısında növbəyə dururdular. Yəqin ki, jurnalistika ilə bağlılığı olan bir çoxları bilirlər ki, ötən əsrdə gün ərzində baş verən aktual xəbərlərin toplandığı gündəlik qəzeti buraxmaq heç asan deyildi. Nəsir İmanquliyev Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsində dərs deyirdi. Orta nəsildən olan azərbaycanlı jurnalistlərin bir çoxu Nəsir müəllimin tələbələri olub.

Orta məktəbi qızıl medalla bitirən Aida xanım Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində yeni açılmış ərəb bölməsinin ilk tələbələrindən biri idi. O, sonra təhsilini keçmiş SSRİ Elmlər Akademiyasının Asiya Xalqları İnstitutunda davam etdirib.

Aida İmanquliyeva Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun ilk qadın direktoru, Ümumittifaq Şərqşünaslar Cəmiyyətinin üzvü, SSRİ- Şərq ədəbiyyatının tədqiqatı üzrə Ümumittifaq Əlaqələndirmə Şurasının üzvü, Azərbaycanda bütün Sovet İttifaqında yeni ərəb ədəbiyyatı üzrə əsas tədris kursunu yaradanlardan biri olub. O, üç monoqrafiyanınMixail Nuayme Qələm Assosiasiyası”, “Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatının korifeyləri”), 70-dən çox elmi məqalənin müəllifi Şərq ədəbiyyatı haqqında yazılmış bir çox məqalənin redaktoru olub. Professor Aida İmanquliyeva Azərbaycan şərqşünaslığını bir çox yaxın uzaq ölkələrdə elmi konfrans simpoziumlarda ən yüksək səviyyədə təmsil edib.

Aida İmanquliyeva gözəl övlad, həyat yoldaşı ana idi. Onun ömür-gün yoldaşı Arif Paşayev fizika sahəsində görkəmli alim Milli Aviasiya Akademiyasının rektorudur. Ailədə iki qız övladı böyüyüb. Ailənin böyük qızı – Nərgiz Paşayeva da həyatını elmə həsr edib. O, akademik, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir. Bu ailənin ikinci qızı – Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO ISESCO-nun xoşməramlı səfiridir. Mehriban xanım milyonlarla insanın məhəbbətini qazanıb. O, xeyriyyəçiliklə çox məşğul olur, onu tez-tez insanların, xüsusən yardıma qayğıya ehtiyacı olan uşaqların arasında görmək olar. Mehriban xanım “Rossiyateleviziya kanalına müsahibəsində jurnalistin “Sizin ağladığınız hallar olurmusualına cavabında deyib: “Nadir hallarda, amma başqalarının yanında heç vaxt. Mənim 27 yaşım olanda anamı itirdim. Anamı itirəndə onun cəmi 53 yaşı var idi. O, inanılmaz dərəcədə gözəl, güclü, xoşbəxt qadın idi. Azərbaycanda ilk şərqşünas professor, Şərqşünaslıq İnstitutunun rəhbəri idi. Altı ay ərzində gözümün qabağında, qollarım üstündə bu insanı itirdim. Yəqin ki, əsas göz yaşlarımı o vaxt axıtmışam. Bu itki, yəqin ki, məni çox möhkəmlətdi”.

Təəssüf ki, Aida xanım həyatdan çox tez, 53 yaşına çatmadan köçdü. Zərif və şəfqət dolu qəlbi olan bu xanım-alim ətrafındakı insanların problemləri ilə maraqlanır, hamıya qayğı və nəvazişlə yanaşırdı. Çoxşaxəli yaradıcılıq və ictimai fəaliyyətinə baxmayaraq, Aida xanım Şərq qadınına xas olan incə ruhunu qoruyub saxlayan çox gözəl həyat yoldaşı, mehriban ana, qayğıkeş nənə, əsl aristokrat qadın idi. Bu gün onun həyatını övladları və nəvələri davam etdirir, xatirəsi isə elmi əsərlərində yaşayır.

 

Azərbaycan.- 2018.- 6 oktyabr.- S.3.