Azərbaycan Respublikasının
Əmlak Məsələləri Dövlət Komitəsi ilə
Avstriya Respublikasının Metrologiya və Mərzçəkmə Federal Qurumu arasında
daşınmaz əmlakın kadastrı və coğrafi
məlumat sistemi sahəsində əməkdaşlığa
dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət
Komitəsi ilə Avstriya Respublikasının
Metrologiya və Mərzçəkmə Federal Qurumu
arasında daşınmaz
əmlakın kadastrı
və coğrafi məlumat sistemi sahəsində əməkdaşlığa
dair 2018-ci il
iyulun 6-da Vyana şəhərində imzalanmış
Anlaşma Memorandumu təsdiq edilsin.
2. Bu fərmanın
1-ci hissəsində göstərilən
Anlaşma Memorandumu qüvvəyə mindikdən
sonra Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət
Komitəsi onun müddəalarının həyata
keçirilməsini təmin
etsin.
3. Azərbaycan
Respublikasının Xarici
İşlər Nazirliyi
Anlaşma Memorandumunun
qüvvəyə minməsi
üçün zəruri
olan dövlətdaxili
prosedurların yerinə
yetirildiyi barədə
Avstriya Respublikası hökumətinə bildiriş
göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
4 oktyabr 2018-ci il
Azərbaycan.- 2018.- 7 oktyabr.- S.1.