“Giriş-çıxış və qeydiyyat”
idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış
sistemi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli
744 nömrəli Fərmanında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Azərbaycan Respublikasının
beynəlxalq hava limanlarında əcnəbilərə
və vətəndaşlığı
olmayan şəxslərə
viza verilməsi prosedurunun təkmilləşdirilməsi
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2018-ci il 31 yanvar tarixli 1803 nömrəli Fərmanının icrası
ilə əlaqədar
qərara alıram:
Azərbaycan Respublikası
Prezidentinin 2008-ci il 22
aprel tarixli 744 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2008, ¹ 4, maddə 258, ¹ 12, maddə
1058; 2009, ¹ 2, maddə 75, ¹ 7, maddə 532, ¹ 8, maddə
618, ¹ 10, maddə 776; 2010, ¹ 2, maddə 88, ¹ 7, maddə
610, ¹ 8, maddə 717, ¹ 9, maddə
770; 2011, ¹ 4, maddə 282, ¹ 10, maddə 891; 2012, ¹ 8, maddə
787; 2013, ¹ 9, maddə 1046, ¹ 11, maddələr 1321, 1339; 2014, ¹ 2, maddə 122, ¹ 9, maddələr
1027, 1062; 2015, ¹ 2, maddə 121, ¹ 5, maddələr 521, 543, ¹ 9, maddə
989; 2016, ¹ 2 (II kitab), maddə
228, ¹ 3, maddə 470, ¹ 5, maddələr
869, 879, ¹ 9, maddə 1464, ¹ 10, maddə 1643, ¹ 11, maddə
1816; 2017, ¹ 2, maddələr 173, 185, ¹ 5, maddələr 776, 817, ¹ 8, maddə
1521; 2018, ¹ 2, maddə 189, ¹ 3, maddə 449, ¹ 4, maddələr
662, 682; Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 27
avqust tarixli 238 nömrəli Fərmanı)
ilə təsdiq edilmiş "Giriş-çıxış
və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sistemi
haqqında Əsasnamə”nin
10.3.1.1-ci yarımbəndində "bəndində” sözü
"və 7-1.0-cı bəndlərində”
sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
4 oktyabr 2018-ci il
Azərbaycan.- 2018.- 7 oktyabr.-
S.1.