“Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 sentyabr tarixli 326 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında əcnəbilərə vətəndaşlığı olmayan şəxslərə viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 yanvar tarixli 1803 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

"Azərbaycan Respublikasına gələn əcnəbilərə vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqındaAzərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 sentyabr tarixli 326 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 9, maddə 774, ¹ 10, maddələr 855, 859; 2011, ¹ 2, maddə 80; 2018, ¹ 1, maddə 58) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.2-ci bəndə "rəisininsözündən sonra ", Azərbaycan Respublikası xarici işlər nazirininsözləri əlavə edilsin;

2. 5.2-ci bənd ləğv edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 oktyabr 2018-ci il

 

Azərbaycan.- 2018.- 7 oktyabr.- S.1.