Qafqaz ziddiyyətləri

 

Azərbaycan sülhün qorunmasında, Ermənistan isə müharibələrin alovlanmasında maraqlıdır

 

Xəzəryanı ölkələrin bu dənizin hüquqi statusu ilə bağlı imzaladıqları konvensiya şərhçilər tərəfindən sülhə, əmin-amanlığa atılan addım kimi yüksək dəyərləndirilir. Eyni zamanda, son günlər planetdə baş verən gərginliklərin və qarşıdurmaların ümumi mənzərəsində beş ölkənin 22 il ərzində apardığı müzakirələrin sonunda əldə etdikləri razılaşmalar xüsusi diqqət çəkir, beynəlxalq ekspertlər tərəfindən Xəzərin ana qanunu kimi qiymətləndirilir. Eyni zamanda bu sammitdən sonra Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsinin başlanması önə çəkilir.

"Xəzər beşliyinin zirvə toplantısında bütün mübahisəli məsələlərin həllinin tapılması həm də ona görə xüsusi əhəmiyyət kəsb edir ki, sonuncu iki əsrin qovşağında dövlətlər arasında bir çox mübahisəli məsələlər dalana dirənmiş, qarşılıqlı narazılıqlara səbəb olmuş və həlli tapılmayan münaqişələrə, bir çox hallarda isə sonu görünməyən müharibələrə çevrilmişdir. Bu baxımdan "Xəzər beşliyinin onilliklər boyu davam edən müzakirələrinin öz əksini Xəzər konvensiyasında tapması müasir dünya tarixi üçün ibrətamiz əhəmiyyət kəsb edir.

Birincisi, ona görə ki, Cənubi Qafqaz əsrlər boyu müharibələrin və erməni separatizminin təsiri altında münaqişələrin əbədi zəncirləndiyi məkana çevrilmişdir. Bakıda ilk neft quyusu fəvvarə vuran gündən hamı bura can atıb, müxtəlif yollarla Bakı neftini ələ keçirmək, ya da ondan faydalanmaq, payını götürmək üçün səylər göstəriblər. Birinciİkinci dünya müharibələrinin hər ikisində vuruşan tərəflərin əsas məqsədlərindən biri də Bakı neftini ələ keçirmək olub.

Lakin bu qüvvələrin içində erməni millətçiləri üzdə görünməsələr də, hər hansı dövləti təmsil etməsələr də, Bakıda erməni mövcudluğunu artırmaq, Azərbaycan ərazilərini erməniləşdirmək üçün açıq döyüşən dövlətlərdən daha aqressiv mövqe nümayiş etdirmiş, ən ağır bəşəri cinayətlərə imza atmışlar. Türkiyədən qaçan erməni-daşnak qüvvələrinin çar qoşunlarının qalıqları ilə birləşərək Bakıda və Azərbaycanın digər rayonlarında qırğınlar törətməsi də bu məqsədə xidmət edirdi. Əslində "dənizdən-dənizə böyük Ermənistan” yaratmaq ideyasının açması da Bakı neftinə sahib çıxmaq deməkdir. Şaumyanın Almaniyadan birbaşa Leninin yanına gəlməsi, oradan da Qafqazın səlahiyyətli komissarı təyin edilməsi təsadüfdən daha çox ermənilərin xarici kəşfiyyat strukturları ilə sıx əməkdaşlığı ilə bağlı idi.

1918-ci ildə bolşeviklərlə Berlin arasında Brest müqaviləsi imzalandıqdan sonra almanlar ingilislərin Bakı neftinə yolunu kəsməyə çalışırdılar. Gəncədə o illərdə peyda olan qraf Verner fon Şulenberq, rus kəşfiyyatının məlumatına görə, bölgədə hələ Birinci Dünya müharibəsinədək geniş agentura şəbəkəsini yarada bilmişdi. Məhz onun sayəsində Gəncədə alman təlimatçılarından başqa alman kəşfiyyatının zabitləri də peyda olurdu. Eyni zamanda, Şulenberq Şaumyanla əlaqə yaratmağa çalışır. Bu cəhdlər barədə Şaumyanın özü dəfələrlə Leninə - alman kəşfiyyatının casusuna məruzə edir. Nəzərə alaq ki, arvadı alman olan Şaumyan nə səbəbdənsə Gəncə ilə apardığı yazışmaları məhv etmir. Məhz bu yazışmaların məzmununa görə o, alman kəşfiyyatına işləməkdə ittiham edilir.

Erməni millətçilərinin Bakı neftinə sahib çıxmaq üçün istər ruslarla, istər almanlarla, istərsə də digər xarici qüvvələrlə açıq əməkdaşlığa getməsini ortaya qoyan çoxsaylı faktlar mövcuddur.

İkinci Dünya müharibəsində elə bir dövlət tapmaq olmazdı ki, Bakı neftinə can atmasın! Almanların öz planı var idi, ingilislər və amerikalılar Stalinə tövsiyə edirdilər ki, əsas qüvvələrini Hitlerə qarşı qoysun, Bakının müdafiəsini də müttəfiqlərinə həvalə etsin.

Eyni zamanda cənubdan Bakıya soxulmağın yolları araşdırılırdı. Hətta uzaq Yaponiyanın da Azərbaycan nefti ilə bağlı müəyyən planları var idi. Bütün respublikalar keçmiş Sovet İttifaqının tərkibində hamı ilə birlikdə faşist Almaniyasına qarşı vuruşsa da, Ermənistan Bakı ilə bağlı məkrli planlarını həyata keçirmək, neftə sahib çıxmaq üçün ikinci məxfi cəbhə açmışdı. Bu gözəgörünməz cəbhədə daha ağır fasiləsiz döyüşlər gedirdi. Bütün Azərbaycanın etibarsız xalq kimi Orta Asiyaya sürgün edilməsi ideyasına ermənilər Mikoyanın vasitəsilə Stalini inandıra bilmişdilər. Məqsəd yenə də Bakı neftinin ələ keçirilməsi, Azərbaycanın erməniləşdirilməsi idi.

İkinci Dünya müharibəsində Bakı nefti keçmiş Sovet İttifaqının qələbəsini təmin etsə də, sovet rəhbərliyi Ermənistandan 200 minə yaxın azərbaycanlını sürgün etməklə bizim qələbəyə verdiyimiz töhfəni dəyərdən salıb heçə endirdi. Ermənilərin Ermənistana kütləvi köçü isə elə təsəvvür yaradırdı ki, sanki İkinci Dünya müharibəsi sovet vətəndaşlarının yox, erməni diasporunun qələbəsi idi. Reallıqda isə erməni nasistləri İkinci Dünya müharibəsində faşistlərin tərəfində döyüşürdüalman kəşfiyyatı ilə sıx əməkdaşlıq edirdi. Bu müharibədə erməni nasistləri Sovet İttifaqının çökməsi və faşist Almaniyasının tərkibində yeni Ermənistan dövlətinin yaradılması üçün əllərindən gələni əsirgəmirdilər.

Məhz bu rakursdan yanaşanda Xəzər dənizinin statusu ilə bağlı beş dövlətin razılığa gəlməsi xüsusi əhəmiyyət kəsb edir. Regionda əmin-amanlığa, sülhə xidmət edən bu sammit Qafqazda əbədi müharibə ocağı yaratmağa can atan erməni millətçilərinə göz dağıdır. Məhz buna görə də erməni KİV "Azərbaycan uddudeyib hay-küy salır.

"Beşliyin Xəzərin statusu ilə bağlı müzakirələr apardığı 22 il ərzində və hətta bu razılıq əldə edildikdən sonra da erməni diasporu Xəzəryanı ölkələrin birliyini zəiflətməyə can atır. Bu ölkələrin arasına nifaq toxumu səpmək, onları qarşı-qarşıya qoymaq üçün həmlələrinə ara vermir. Hətta son günlər Rusiya erməniləri yenidən telekanallarda Qarabağ ermənilərini qızışdırır, yeni müharibə taktikalarını öyrədir, xaricdən erməni əsilli mütəxəssisləri dəvət etməyi tövsiyə edirlər. Rusiya-Türkiyə münasibətlərini dalana dirəmək, yeni müharibə ocağı yaratmaq üçün min oyundan çıxırlar. ABŞ-da isə yenidən erməni soyqırımı məsələsinin müzakirəyə çıxarılması buna əyani sübutdur. Erməni millətçiləri tarixən regionda münaqişələrin uzanıb müharibəyə çevrilməsinə xidmət edir, bu münaqişələrə bütün ölkələri cəlb etməyə çalışırlar. Ona görə də Azərbaycanın sülh sazişləri erməni separatizminin Qafqazda təsir qüvvəsini sıfıra yaxınlaşdırır.

Erməni millətçiləri başa düşürlər ki, artıq onlar 100 il əvvəlki kimi Bakıda at oynada bilməyəcəklər, Qafqazda əbədi müharibə ocaqları yaratmaq cəhdlərinin qarşısı alınacaq. Erməni faşistlərini yandıran da Azərbaycanın sülh təşəbbüslərinin ayaq tutub yeriməsi, "Xəzər beşliyikimi yeni siyasi blokun yaranmasıdır. Erməni diasporuna bir dövlətə qarşı vuruşmaq çətin deyildi, amma beş dövlətlə bir yerdə bacarmaq o qədər də asan məsələ deyil.

Bir faktı nəzərdən keçirək. Bütün Rusiya yaxşı bilir ki, Sovet İttifaqının dağılmasında aparıcı qüvvə Qorbaçovun ətrafında yağışdan sonra göbələk kimi bitən ermənilər idi. Məhz onların sayəsində bütün ittifaqda Dağlıq Qarabağ başda olmaqla onlarla qaynar nöqtə yaradıldı və bütün respublikalarda antisovet əhvali-ruhiyyəsi körükləndi, Moskvaya qarşı nifrət cücərdildi. Bununla bağlı internet resurslarında minlərlə məqalə oxuya bilərsiniz. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini müharibəyə çevirən erməni diasporu böyük güclərin dəstəyi ilə SSRİ-nin süqutunu qaçılmaz etdi. Tökülən qanlara məhəl qoymayan dünya birliyi Qorbaçova Nobel mükafatını təqdim etdi. Bu gün bir sıra Rusiya saytlarında Qorbaçov da, onun erməni ətrafı da Rusiyanın düşmənləri kimi göstərilir. Məhz Qarabağ problemi bir virus kimi dünyanın siyasi müstəvisində cərəyan edən siyasi proseslərə neqativ təsirini göstərməkdədir. Erməni millətçiləri xalqların öz müqəddəratını təyin etmək hüququndan silah kimi yapışaraq faşizmi adi normaya çevirə bildilər. Böyük güclər bu gün də erməni faşizminə sığal verməyi normal sayırlar. Təxminən 7-8 il bundan əvvəl Merkel demişdi ki, Dağlıq Qarabağ problemi Avropaya da mənfi təsir edə bilər. İndi Avropa dövlətləri heç bir məsuliyyət hiss etmədən öz tribunalarını erməni millətçilərinə təqdim edirlər. Onları hətta son zamanlar Ermənistanın siyasi və hərbi liderlərinin Dağlıq Qarabağda və İrəvanda erməni xalqına divan tutması, müharibədən varlanan oliqarxların ortaya çıxması belə diksindirmədi. Bu gün Ermənistanda erməni nasistlərinin tədricən hakimiyyətə gəlişi, iliyinədək faşist ideologiyası ilə zəhərlənən erməni rasist nəzəriyyəsinin banisi Njdeyə Yerevanın mərkəzində abidə ucaldılması da heç kimi narahat etmir.

İndi bütün dünyada müharibə ocaqlarının sayı-hesabı yoxdur, baş verənlərə görə heç kim məsuliyyət daşımır. Artıq faşizmin elementləri supergüclərin münasibətində özünü büruzə verməyə başlayır. Yəni Qarabağ sindromu normaya çevrilməkdədir. Kim kimə qarşı necə istəsə, hərəkət edirözünü haqlı sayır.

Bu baxımdan son aylar dünyada baş verən və getdikcə dərinləşən ticarət müharibəsi hətta uzun illər müttəfiq sayılan aparıcı dövlətlərin münasibətlərində gərginlik yaradır, ciddi iqtisadi fəsadlara, dövlətlərarası münasibətlərin gərginləşməsinə səbəb olur. Bu baxımdan ABŞ-la İranın, Türkiyənin, Rusiyanın və Avropa dövlətlərinin münasibətlərində yaranan gərginliklər diqqət çəkir.

Erməni millətçiləri yenidən fəallaşır və bu gərginliklərdən faydalanmaq üçün dəridən-qabıqdan çıxır, yenidən Rusiya ilə Azərbaycan, Türkiyə ilə ABŞ münasibətlərini gərginləşdirməyə səy göstərir, sülhdən savaşı üstün tuturlar. Sanki yaşadıqları bütün dövlətlərin ərazilərində dağıdıcı fəaliyyətlə məşğul olmaq, qarşıdurmalardan faydalanmaq, ziddiyyətləri dərinləşdirmək onlar üçün sülhdən, əmin-amanlıqdan qat-qat faydalıdır.

Erməni millətçilərinin ən güclü dayaqlarından biriRusiyada yerləşir. Bu ölkədə erməni millətçilərinin qatı təmsilçiləri aparıcı KİV-də, dövlət qurumlarında, müxtəlif idarə və təşkilatlarda, elmi tədqiqat müəssisələrində yer tutublar. Onların əvvəlki mövqeyi qat-qat zəifləsə də, əllərinə fürsət düşən kimi Azərbaycan-Rusiya münasibətlərinə ciddi zərbələr endirməyə çalışırlar. Elə bu yaxınlarda Rusiya Dövlət Dumasının MDB ölkələri, Avrasiya inteqrasiyası və soydaşları ilə əlaqələri üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin Rusiya mətbuatına müsahibəsində Azərbaycan rəhbərliyini silahlanmaqda, hərbi büdcəni artırmaqda ittiham etməsi heç bir məntiqə sığmır. K.Zatulinonun kimi ermənipərəst qüvvələrin Rusiyada mövcudluğu təbiidir. Bu qüvvələr imkan düşən kimi Azərbaycan-Rusiya münasibətlərini gərginləşdirməyə, erməni millətçilərini isə Rusiyaya sədaqətli zümrə kimi təqdim etməyə cəhd göstərirlər. Zatulinin müharibə başlayan halda Azərbaycan dövlətinin özbaşına dağılacağı barədə iddiası isə reallıqla əlaqəsi olmayan, emosional və əsassız təhdiddir. Azərbaycan-Rusiya münasibətlərinin yüksələn xətlə inkişaf etməsi, iki dövlət başçısının təkbətək görüşlərinin artması Rusiyada ermənipərəst qüvvələri çox narahat edir.

Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Milli Məclisin deputatı Ç.Qənizadə Rusiya ilə Azərbaycan arasında dostluq-qardaşlıq münasibətlərinə belə çıxışların təsir edə bilməyəcəyini bildirib. O, həmçinin həmkarlarını da diqqətli olmağa, SSRİ dövründə baş verən hadisələri Rusiya ilə bağlamamağa çağırıb. Zatulinə gəldikdə isə, onun 2010-cu ildə Dağlıq Qarabağda qondarma "parlament seçkiləri”ndə müşahidəçi kimi iştirak etməsi millətçi ermənipərəst qüvvələrlə əməkdaşlığını üzə çıxaran faktlardan biridir. Görünür, Dağlıq Qarabağa qeyri-qanuni səfərinə görə Azərbaycan XİN tərəfindən adı arzuolunmaz şəxslərin siyahısına salınan rus siyasətçisi əlinə ilk imkan düşən kimi qisasını almağa çalışıb. Lakin belə cəhdlərlə iki dövlətin dostluq əlaqələrinə və tarixi bağlılıqlarına kölgə salmaq mümkün deyil.

Əksinə, "Xəzər beşliyinin sammitindən sonra Azərbaycan-Rusiya münasibətləri yeni mərhələyə keçmişdir. İki dövlət başçısının Soçidə və Bakıdakı son görüşləri, iqtisadihumanitar sahədə Azərbaycanla Rusiya arasında imzalanan sazişlər, müqavilələrmemorandumlar onu deməyə əsas verir ki, hər iki dövlət qarşılıqlı dostluq və qardaşlıq əlaqələrinin inkişafında maraqlıdır. Rusiya-Ermənistan münasibətlərinə gəldikdə isə, Vladimir Putinin Bakıdan sonra İrəvəna səfərinin təxirə salınması ermənilərin Rusiyaya aramsız olaraq sədaqət andı içərək Qərbə sürüşməsinə verilən layiqli qiymətdir. Bu da, təbii ki, Moskvada erməni maraqlarına xidmət edən, onlardan maliyyələşən müəyyən qüvvələrin hərəkətə keçməsinə səbəb olmalı idi. Lakin yenə də belə cəhdlər heç bir nəticə verməyəcək.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2018.- 7 oktyabr.- S.1; 3.