Azərbaycanda
müxtəlif xalqların əmin-amanlıqda yaşamaları
üçün hər cür şərait yaradılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayeri qəbul edib.
AZƏRTAC xəbər verir ki, Mark Şnayer Prezident İlham Əliyevlə Bakıda və ABŞ-da keçirdikləri görüşləri məmnunluqla xatırladı.
Söhbət zamanı Azərbaycanda müxtəlif xalqların və etnik qrupların, o cümlədən yəhudi icması nümayəndələrinin dinc yanaşı və əmin-amanlıq şəraitində yaşamaları üçün hər cür şəraitin yaradıldığı qeyd olundu, onların Azərbaycanın ictimai həyatında fəal iştirak etdiyi vurğulandı.
Görüşdə Azərbaycan
ilə ABŞ arasında ikitərəfli münasibətlərin
uğurla inkişaf etdiyi bildirildi, ABŞ Etnik Anlaşma Fondunun bu işə
töhfə verdiyi qeyd
olundu.
Azərbaycan.-
2018.-9 oktyabr.- S.1.