Heydər Əliyev Fondu Azərbaycanın
tarixini və mədəni irsini
beynəlxalq miqyasda
layiqincə tanıdır
Azərbaycanın "Milan Ekspo 2015” Ümumdünya sərgisindəki milli pavilyonu sökülərək Bakıya gətirilib və Dənizkənarı Milli Parkın ərazisində yenidən qurulub.
AZƏRTAC xəbər verir ki, oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva pavilyonla tanış olublar.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov yenidən qurulan pavilyondakı şərait barədə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verdi.
Qeyd edək ki, bu bina Dənizkənarı Milli Parkın ərazisində bütün fəsillərdə daimi istifadəyə uyğunlaşdırılıb. Burada Azərbaycan mətbəxini, musiqisini və mədəniyyətini təbliğ edən instalyasiyalar quraşdırılıb, müxtəlif iaşə xidməti göstərmək üçün binada müvafiq şərait yaradılıb, terras qurulub.
Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan ilk dəfə "Milan Ekspo 2015” Ümumdünya sərgisində milli pavilyonla iştirak edib. Bu layihə Azərbaycanın tarixinin və mədəni irsinin, ölkənin zəngin ekoloji, enerji potensialı və nadir biomüxtəlifliyinin beynəlxalq miqyasda tanıdılması istiqamətində böyük rol oynayıb. 2015-ci il mayın 31-dən oktyabrın 31-dək davam edən "Milan Ekspo 2015” sərgisini 23 milyondan çox insan ziyarət edib. Bu müddətdə Azərbaycanın milli pavilyonunda isə 3 milyon 250 mindən çox izləyici olub. "Azərbaycan: biomüxtəlifliyin xəzinəsi” adlandırılan dördmərtəbəli milli pavilyon Milanda 1800 kvadratmetr ərazidə təşkil olunmuşdu. Azərbaycan "Milan Ekspo 2015” Ümumdünya sərgisinin bütün mərhələlərində seçilən dövlətlər sırasında olub. Xarici mətbuat, o cümlədən İtaliyanın aparıcı kütləvi informasiya vasitələri milli pavilyonun tikinti və dizayn işlərinin yekunlaşdırılmasına görə Azərbaycanın lider olduğunu qeyd ediblər və milli pavilyonumuz "Milan Ekspo” sərgisinin incisi adlandırılıb. Milli pavilyonun əsas özəlliyindən biri onun 3 biosferdən təşkil olunması idi. Diametri 10 metr olan xüsusi şüşə konstruksiyalarından hazırlanmış biosferlər ətraf mühiti və qədim mədəniyyəti daim harmoniyada saxlamağı və qorumağı bacaran Azərbaycanı təcəssüm etdirib.
Sərgi müddətində
pavilyonun dördüncü
mərtəbəsində restoran fəaliyyət
göstərib. Burada Azərbaycan milli mətbəxinin nümunələri və
konsert proqramları təqdim olunub. Pavilyondakı monitorlarda
Azərbaycanın musiqi və kinematoqrafiya incilərinə, adət və ənənələrinə,
incəsənətinə dair müxtəlif
materiallar nümayiş
etdirilib. Ziyarətçilər, həmçinin
Azərbaycanın müxtəlif regionlarında mövcud olan zəngin
biomüxtəlifliyi, nadir
landşaftları, təbii ehtiyat və tarixi abidələri əks etdirən
videoçarxları izləyiblər. Sərginin keçirildiyi müddətdə Azərbaycanın
milli pavilyonu "Milan Ekspo 2015” Təşkilat
Komitəsi tərəfindən "Dizayn
və materiallar” nominasiyası üzrə
qalib elan olunub. Təşkilat Komitəsi Azərbaycan pavilyonunun tərtibatında günəş
şüalarını azaldan
şüşə, metal və taxta sistemlərinin innovativ
qaydada işlənilməsinin ekoloji baxımdan əhəmiyyətli olduğunu və dizayn
elementlərinin seçildiyini qeyd edib. Bir sözlə, pavilyonumuz ekoloji təmiz, asan emal edilən
materiallardan inşa olunub.
Burada "Dubay Ekspo 2020” sərgisində qurulacaq Azərbaycan milli pavilyonunun layihəsi Prezident İlham Əliyevə təqdim olundu. Layihə ilə
tanış olan dövlətimizin başçısı "Dubay
Ekspo 2020” sərgisindəkı
milli pavilyonun tikintisinə başlanılmasına
dair müvafiq tapşırıqlar verdi.
Eyni zamanda, dövlətimizin başçısı
"Dubay Ekspo 2020” sərgisindəkı milli
pavilyonun da sərgidən sonra sökülərək ölkəmizə
gətirilməsi məsələsinə
baxılmasına dair tapşırıq verdi.
Qeyd edək ki, "Milan Ekspo 2015” Ümumdünya sərgisindən
sonra sökülərək
Dənizkənarı Milli
Parkın ərazisində
yenidən qurulan milli pavilyonumuzun inzibati binası 4 mərtəbədən ibarətdir
və 6 min kvadratmetr ərazisi var. Burada, eyni zamanda, sakinlər,
eləcə də şəhərimizin qonaqlarının
istirahəti üçün
əlavə olaraq 4
min kvadratmetrə yaxın
ərazidə müxtəlif
ağac və bitki növlərindən ibarət yaşıllıq
zolaqları da salınıb, istirahət
üçün sahələr
yaradılıb. Ərazidəki torpaq münbitləşdirilib,
müasir işıqlandırma
sistemi quraşdırılıb,
meydançalar yaradılıb,
avtomobil və velosipedlərin parklanması
üçün dayanacaq
sahəsi ayrılıb.
Pavilyon sakinlərin və şəhərimizin qonaqlarının
rahatlığı üçün
müasir istirahət guşələrinin yaradılması
istiqamətində reallaşdırılan
layihələrin bir hissəsidir.
"Milan Ekspo
2015” Ümumdünya sərgisindəki
Azərbaycanın milli
pavilyonu Şimal və Cənub, Şərq və Qərb arasında körpü rolunu oynayan, qədim tarixi, zəngin mədəniyyəti ilə
seçilən ölkəmizin
bənzərsiz təbii
və mədəni xəzinəsini əks etdirib. Onun yaradılmasında
hər bir detala xüsusi diqqət yetirilib. Pavilyonun dalğavari taxta divarları Azərbaycana xas olan küləyi,
həmişə burada
dövr edən mədəni və yaradıcı axını
simvolizə edib.
Azərbaycan.- 2018.- 9 oktyabr.- S.1-2.