Londonda Leyla Əliyevanın ingilis dilində nəşr olunmuş “Dünya yuxutək əriyir...” şeirlər kitabının
təqdimatı keçirilib
Oktyabrın 6-da Heydər Əliyev Fondunun vitse-prezidenti, şairə Leyla Əliyevanın "The World Dissolves like a
Dream” ("Dünya yuxutək
əriyir”) şeirlər
kitabı Londonda yerləşən Yunus Əmrə Mədəniyyət
Mərkəzində ictimaiyyətə
təqdim olunub.
AZƏRTAC xəbər
verir ki, "Dünya yuxutək əriyir...” şeirlər
kitabının "Ön
söz”ünün müəllifi
Azərbaycan Tərcümə
Mərkəzinin İdarə
Heyətinin sədri Afaq Məsuddur.
Tədbiri giriş sözü ilə açan Avrasiya Mədəniyyət
Qrupunun sədr müavini Mark (Marat) Axmedjanov
qonaqları salamlayıb
və kitab haqqında məlumat verib.
Nəşrə daxil edilmiş 130 şeiri ingilis dilinə tanınmış
ingilis şair və tərcüməçilər
Karolina Valton və
Anna Mariya Cekson çeviriblər.
Tədbirdə kitabın
redaktoru və tərcüməçisi Karolin Valton çıxış
edərək deyib:
"Bu vaxta qədər
Leyla Əliyevanın yaradıcılığı haqqında
heç bir məlumatım yox idi, lakin şeirlərinin
tərcüməsi zamanı
onun və Azərbaycan poeziyasının
necə zəngin və dərin olduğunu anladım. Şeirlərin tərcüməsi zamanı çox böyük zövq aldım, Leyla Əliyevanın necə aydın və çoxşaxəli yaradıcılığının
olduğunu gördüm.
Onun çox gənc olması məni təəccübləndirdi. Leyla Əliyevanın başqa əsərləri ilə də tanış olmaq istəyirəm”.
Daha sonra tərcüməçi
kitabdan bir neçə şeir oxuyub və dinləyicilərin suallarını
cavablandırıb.
Nəşrdə müəllifin
"Mənə güc
ver, Allahım”, "Elegiya”, "Tək deyilsən”, "Sevgi və nifrət”, "Kor olmuşam”, "Şeirim”, "İnsanlar”,
"Getmə”, "Bakı”
və s. şeirləri
ilk dəfə olaraq ingilis oxucularına çatdırılır.
Azərbaycan ədəbiyyatının dünyada
tanıdılması və
təbliği istiqamətində
Tərcümə Mərkəzi
tərəfindən ərsəyə
gətirilmiş kitab Böyük Britaniyanın
"Hertfordşir Press LTD” nəşriyyatında
çap edilib.
Azərbaycan.- 2018.- 9 oktyabr.- S.7.