Sülh prosesinə zərbə vuransülhməramlılar

 

Davamlı sülh təhlükəsizliyin təmin olunmasında qadınların rolunun artırılmasının vacibliyi bütün dünya ictimaiyyətinə bəllidir. Beynəlxalq təşkilatlar bu məsələni daim gündəlikdə saxlamağa çalışaraq mövcud münaqişələrin həlli prosesində qadınların iştirakçılığının artırılmasına dair bir sıra sənədlər, o cümlədən 1325 saylı BMT qətnaməsini qəbul ediblər. Azərbaycan Respublikası da "Qadınlar Sülh Təhlükəsizlik Gündəliyi”nin daim tərəfdarı olub belə təşəbbüsləri dəstəkləməkdədir. Çünki yalnız beynəlxalq hüquqa əsaslanan öhdəliklərin, vəzifələrin məsuliyyətlərin müəyyənləşdirilməsi şərti ilə həyata keçirilən "sülhməramlı fəaliyyət”in faydalı ola biləcəyinə ümid edir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

Bahar Muradova bildirib ki, sülhməramlılıq özü-özlüyündə yalnız gözəl sözlər, cazibədar şüarlardan ibarət olmayıb, səbəb nəticələri təsdiqini tapmış problemlərin həlli üçün hədəfləri fəaliyyət istiqamətləri dəqiq şəkildə müəyyən edilmiş, iştirakçı təşəbbüskarlarının qərəzsizliyinə, bitərəfliyinə öz maraq faydalarının üstün tutulmasına şübhə doğurmayan bir şəkildə həyata keçirməlidir.

"Gəlin baxaq, Ermənistan baş nazirinin həyat yoldaşı onu müşayiət edən Rusiya Federasiyası vətəndaşlarının Azərbaycanın işğal olunmuş ərazilərinə etdikləri səfər bu kriteriyalara dərəcədə cavab verir? Ümumiyyətlə bu səfəri "sülhməramlıadlandırmaq olarmı? Əlbəttə ki, yox. Yalnız ona görə yox ki, bu ərazilərə edilən səfərlər Azərbaycanın ərazi bütövlüyü, suverenliyinə dair mövcud qanunların kobud şəkildə pozulmasıdır. BMT-nin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair məlum dörd qətnaməsinin, eləcə digər beynəlxalq təşkilatların münaqişənin həllinə dair qəbul etdikləri sənədlərin münaqişə tərəfi kimi Ermənistanın üzərinə qoyduğu öhdəliklərə etinasız bir münasibətdir. Eləcə Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin sədr müavini Svetlana Yurova digərlərinin bu tərkibdə iştiraka cəlb olunması təəssüf doğurmaqla yanaşı, ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın qərəzsiz obyektiv vasitəçiliyinə inamın azalması ilə yanaşı, Azərbaycan Rusiya arasında əlaqələrin hərtərəfli inkişafına kölgə salmaq məqsədilə Ermənistan tərəfinin humanizm sülhə çağırmaq adı ilə pərdələnərək həyata keçirmək istədiyi məkrli planın tərkib hissəsidir.

Nəzərə alsaq ki, münaqişə müharibədən ən çox əziyyət çəkən Azərbaycan tərəfidir, "Təmas xəttiadlandırılan, amma reallıqda "Cəbhə xəttiAzərbaycan ərazisindədir. Bütün döyüşlər onların dəhşətləri məhz Azərbaycan xalqına ölkəmizə daha çox ziyan vurur. İyirmi beş ildən artıq bir müddətdə xanım Hakopyanın ölkəsinin silahlı qüvvələri işğalçı fəaliyyətini Azərbaycan torpaqları üzərində həyata keçirir. Elə həmin Hakopyanın sülh danışıqları zamanı öz ölkəsini təmsil edən Ermənistanın baş naziri Paşinyanın oğlu öz hərbi xidmətini bu qüvvələrin sırasında Qarabağın ətraf 7 rayonun işğal altında saxlanmasına həsr edilən təcavüzkar planların reallaşdırılmasında iştirak üçün göndərilib. Onda hansı sülh məramlılıqdan danışmaq olar?”, - deyə Bahar Muradova diqqətə çatdırıb.

Milli Məclis sədrinin müavini qeyd edib ki, məlum inqilab dalğasında Ermənistanda hakimiyyətə gələn bu cütlüyün öz ölkələrindəki qeyri-peşəkar, nəyin bahasına-olursa olsun öz siyasi ambisiyalarını gerçəkləşdirməyə yönəlik fəaliyyətlərini bu şəkildə beynəlxalq arenaya daşımaq istəkləri özü-özlüyündə sülhməramlılıq onun mahiyyətinin kobud şəkildə təhrif olunmasıdır. Belə təşəbbüslər sülh danışıqları prosesinə mənfi təsir göstərməklə vəziyyətin daha da gərginləşməsinə səbəb olur münaqişə tərəfləri kimi Ermənistan Azərbaycan arasındakı mövcud atəşkəs rejiminin möhkəmləndirilməsi istiqamətindəki səyləri heçə endirir.

Bahar Muradova vurğulayıb ki, Azərbaycanın Dağlıq Qarabağ ətraf rayonlarına təşkil edilən belə səfərlər təkcə sülhməramlı deyil, həm ümumiyyətlə, xoşməramlı olmayıb, Azərbaycan ərazilərinin işğalının davam etdirilməsinə xidmət edir. Çünki haqqa, ədalətə, beynəlxalq hüquqa qarşılıqlı məsuliyyətə əsaslanmayan belə "sülhyaratma missiyalarıyalnız qarşıdurmaya müharibənin nəticələrinin möhkəmləndirilməsinə şərait yaratmaqla ölkələrin ərazi bütövlüyü, suverenliyi sərhədlərinin bölünməzliyi prinsiplərini pozmaqla ərazi işğalına haqq qazandırmaq separatizmi təşviq etməkdir. "Odur ki, mən rusiyalı həmkarlarıma üzümü tutaraq onları sülhməramlılıq pərdəsinə bürünmüş belə bir avantürist fəaliyyətin tərkib hissəsi olmaqdan çəkinməyə çağırıram”, - deyə parlament sədrinin müavini bildirib.

 

Azərbaycan.- 2018.- 10 oktyabr.- S.6.