Azərbaycan Respublikası Prezidentinin
2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Sahibkarlıq sahəsində
aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması
qaydası haqqında Əsasnamə”də dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq insanların həyat və ya sağlamlığına,
ətraf mühitə
və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin
olması və ya mühüm zərərin vurulması hallarında sahibkarlıq sahəsində plandankənar
(növbədənkənar) yoxlamaların təxirə
salınmadan keçirilməsini
təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin
2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2011, ¹ 2, maddə
87; 2015, ¹ 8, maddə 910; 2016, ¹ 8, maddə 1384; 2017, ¹ 3, maddə
377, ¹ 10, maddə 1778) ilə
təsdiq edilmiş
"Sahibkarlıq sahəsində
aparılan yoxlamaların
vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 1.8-ci bəndə
"olunmasını,” sözündən
sonra "avtomatlaşdırılmış
və fasiləsiz rejimdə fəaliyyətini,”
sözləri əlavə
edilsin;
1.2. 4.3-1-ci bəndə
"əvvəl” sözündən
sonra "(qanunun
16.1.3-cü maddəsində nəzərdə tutulmuş
hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti
əsaslandırıldıqda isə dərhal)” sözləri əlavə
edilsin;
1.3. 4.3-2-ci bəndin
birinci cümləsinə
"əvvəl” sözündən,
ikinci cümləsinə
"ərzində” sözündən
sonra "(qanunun
16.1.3-cü maddəsində nəzərdə tutulmuş
hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti
əsaslandırıldıqda isə dərhal)” sözləri əlavə
edilsin;
1.4. 4.4-cü bəndə
"müddətində” sözündən
sonra "(qanunun
16.1.3-cü maddəsində nəzərdə tutulmuş
hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti
yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda
isə dərhal)” sözləri əlavə
edilsin;
1.5. 5.1-ci bəndin
birinci cümləsində
"alınması,” sözü
"alınması barədə
yoxlayıcı orqanlara
qeydiyyat aparıldığı
gün (qanunun
16.1.3-cü maddəsində nəzərdə tutulmuş
hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti
yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda
isə dərhal), eləcə də yoxlamanın” sözləri
ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması
ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
2.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
2.4. həmin
fərmandan irəli gələn digər məsələləri həll
etsin.
3. Azərbaycan
Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
10 oktyabr 2018-ci il
Azərbaycan.- 2018.- 11 oktyabr.-
S.2.