Latviyanın xarici işlər naziri BMT Baş Məclisinin
sessiyasında Azərbaycanın ərazi
bütövlüyünə dair fikir bildirib
Latviya Respublikasının xarici işlər naziri Edqars Rinkeviçs Nyu-Yorkda BMT Baş Məclisinin 73-cü sessiyasında çıxışı zamanı Azərbaycanın ərazi bütövlüyünə dair fikir bildirib. Nazir Latviyanın beynəlxalq ictimaiyyətlə birlikdə Krımın anneksiyasının tanınmaması siyasətinə sadiq qaldığını deyib, beynəlxalq hüququn normaları və ədalət bərqərar olmaqla Ukraynanın, həmçinin Avropa İttifaqının digər Şərq tərəfdaşlarının ərazi bütövlüklərinin bərpa ediləcəyinə inandığını vurğulayıb.
Analoji münaqişələrə məruz qalmış ərazilərin adlarını sadalayan Edqars Rinkeviçs qeyd edib ki, BMT digər aidiyyəti regional iştirakçılarla birlikdə Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya və Cənubi Osetiyada uzunçəkən münaqişələrin həlli prosesinə daim cəlb olunmalı və sadiqlik göstərməlidir.
Latviya
XİN-in rəhbəri
çıxışında bütün
ölkələrin beynəlxalq standartlardan
kənar qalmadan bir-birilərinin təhlükəsizliyini
təmin etməli olduqlarını deyib.
"BMT-nin preventiv fəaliyyətinin
əsas məqsədi davamlı inkişafın təminatı
olmalıdır. Bu halda
qeyri-sabitlik və münaqişələrin
ilkin səbəbləri aradan
qaldırılacaq. Məqsədimiz insan ləyaqətinin
müdafiəsi, yoxsulluğun aradan qaldırılması, iqtisadi
əməkdaşlıq və sosial inkişaf tədbirlərinin davamıdır”,
- deyə Edqars Rinkeviçs
vurğulayıb.
Azərbaycan.-
2018.-11 oktyabr.- S.4.