"Azərkosmos"a səfər
Oktyabrın 10-da “Kosmik Hava və Qlobal Naviqasiya Peyk Sistemləri” üzrə beynəlxalq məktəbin nümayəndələri “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə səfər ediblər.
ASC-dən AZƏRTAC-a bildirilib ki, beynəlxalq məktəbin tərkibində ABŞ-ın “NASA” kosmik agentliyi, Boston Kolleci, Boulder Atmosfer Tədqiqatları Milli Mərkəzi, Amerika Katolik Universiteti, Massaçusets Texnologiya İnstitutunun Haystak Rəsədxanası, Fransa, Xorvatiya, Rusiya, Avropa Komissiyası, həmçinin Azərbaycanın tanınmış alim və mütəxəssisləri qonaq qismində iştirak ediblər.
Səfər çərçivəsində qonaqlara “Azərkosmos”un fəaliyyəti, idarəçiliyində olan peyklər və eyni zamanda, bu il sentyabrın 26-da uğurla orbitə buraxılan “Azerspace-2” telekommunikasiya peyki haqqında geniş məlumat verilib.
Görüşdə peyk xidmətləri sahəsində Azərbaycanın qazandığı təcrübə və bu sahədə formalaşmış insan kapitalı və kosmik sənaye quruculuğu yolunda görülən işlərdən bəhs olunub. Həmçinin artıq “Azərkosmos”da aerokosmik sahədə elmi-təcrübi tədqiqatların aparılması, kosmik sənayenin ölkədə inkişafının dəstəklənməsi və səmərəli kommersiya həllərinin yaradılması məqsədilə “Tədqiqat və İnkişaf Mərkəzi”nin fəaliyyət göstərməsi qonaqların diqqətinə çatdırılıb.
Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya
və coğrafi kəşfiyyat sahələri
üçün yüksəkkeyfiyyətli
peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos”
tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu
orbital mövqeyində yerləşir
və Avropa, Afrika,
Yaxın Şərq, Qafqaz və Mərkəzi
Asiya regionlarını əhatə edir. Ən azı 15 il
müddətində orbitdə fəaliyyət göstərəcək
peykin faydalı yükü
36 transponderdən ibarətdir: C diapazonda
24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına
görə yüksək ayırdetməli (1,5 m
ayırdetmə) Yer səthinin məsafədən
müşahidə peyki olan
“Azersky”ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya
xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən
müşahidəsinin kommersiya fəaliyyətinə
başlayıb. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin
və xidmətlər spektrinin genişləndirilməsi
daxildir. Bu məqsədlə,
“Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki
“Azerspace-2”ni 45° şərq uzunluğu orbital
mövqeyinə çıxarıb.
Azərbaycan.-
2018.- 11 oktyabr.- S.5.