Azərbaycanın və Özbəkistanın müdafiə
nazirlikləri arasında əməkdaşlıq məsələləri
müzakirə edilib
Daşkənddə keçiriləcək
Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri
Şurasının növbəti iclasında iştirak etmək
üçün Özbəkistanda səfərdə olan Azərbaycanın
müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu ölkənin
müdafiə naziri, general-mayor Abdusalom Azizov ilə
görüşüb.
AZƏRTAC xəbər verir ki,
Özbəkistanın müdafiə naziri hər iki ölkənin
müdafiə nazirlikləri arasında əməkdaşlığın
daha da inkişafında maraqlı olduqlarını bildirib.
Görüşdə müdafiə
və hərbi təhsil sahəsində birgə əməkdaşlığın
indiki vəziyyəti və perspektivləri ilə bağlı
bir sıra məsələlər müzakirə olunub, hərbi-texniki
istiqamətdə qarşılıqlı faydalı əlaqələrin
möhkəmləndirilməsi üzrə geniş fikir
mübadiləsi aparılıb.
Bildirilib ki, Özbəkistan hərbi təhsil sahəsində təcrübə mübadiləsi ilə bağlı Azərbaycanla birgə tədbirlər keçirilməsini planlaşdırır. Söhbət zamanı qeyd olunub ki, Özbəkistanın hərbi mütəxəssisləri Azərbaycan ərazisində keçirilən beynəlxalq təlimlərdə müşahidəçi kimi iştirak edəcəklər.
Görüşün
sonunda Azərbaycanın və Özbəkistanın
müdafiə nazirlikləri arasında 2019-cu il
üçün ikitərəfli hərbi
əməkdaşlıq planı imzalanıb.
Azərbaycan.-
2018.- 12 oktyabr.- S.7.