Ağcabədi rayonunun Salmanbəyli
kəndində yeni ümumtəhsil məktəbi
binasının tikintisi ilə
bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Ağcabədi
rayonunun Salmanbəyli kəndində 432 şagird
yerlik yeni ümumtəhsil məktəbi
binasının tikintisi
məqsədi ilə Azərbaycan Respublikasının
2018-ci il dövlət
büdcəsində nəzərdə
tutulmuş Azərbaycan
Respublikası Prezidentinin
Ehtiyat Fondundan Azərbaycan Respublikasının
Təhsil Nazirliyinə
ilkin olaraq 1,0 (bir) milyon manat
ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə
Nazirliyi bu sərəncamın 1-ci hissəsində
göstərilən məbləğdə
maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi layihəsində
dövlət əsaslı
vəsait qoyuluşu xərclərinin bölgüsündə
bu sərəncamın
1-ci hissəsində göstərilən
ümumtəhsil məktəbi
binasının tikintisinin
başa çatdırılması
üçün zəruri
olan maliyyə vəsaitini nəzərdə
tutsun.
4. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
12 oktyabr 2018-ci il
Azərbaycan.- 2018.- 13 oktyabr.-
S.5.