Seçenov Universitetinin rektoru: “Mehriban Əliyeva bizim Bakıdakı filialımızı daim dəstəkləyir”
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko AZƏRTAC-a müsahibəsində deyib: "Biz Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin ünvanına göndərdiyi təbriklərə görə çox təşəkkür edirik. Mehriban Əliyeva bizim Bakıdakı filialımızı daim dəstəkləyir”.
P.Qlıboçko qeyd edib ki,
üç il bundan əvvəl Bakıda bu
universitetin filialı açılıb. O
vurğulayıb: "Hesab edirəm ki, bu, çox
səmərəli layihədir. Bu gün Bakı filialında 500 tələbə
təhsil alır. Tələbələr Bakıya məmnuniyyətlə
gedən rusiyalı müəllimlərlə fərdi proqramlar üzrə məşğul olurlar. Filialda
hazırlığın səviyyəsi və keyfiyyəti
kifayət qədər yüksəkdir. Bu
göstəricilər hələ universitetin
filialına qəbul mərhələsində yüksək olur və sonradan tələbələr
yaxşı bilik əldə edirlər. Bundan əlavə, bizim
sınaqdan keçirdiyimiz bir
təcrübə var: Bakıdan olan ən yaxşı tələbələrimiz
Moskvanın və xarici ölkələrin
klinikalarında təcrübə keçirlər. Gələcəkdə
filialın genişləndirilməsi məsələsini
ölkə rəhbərliyi ilə müzakirə edəcəyik.
Biz artıq Mehriban
xanım Əliyeva ilə görüşmüşük,
klinik bazalar məsələsini
müzakirə etmişik. Ona
görə ki, tələbələr xəstələrlə
görüşməli, onların müalicəsində iştirak etməlidirlər. Klinik
praktika hər bir tələbə
üçün çox
vacibdir”.
Azərbaycan.-
2018.-14 oktyabr.- S.13.