Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzində 63 növ xidmət göstərir

 

Oktyabrın 15-də Kənd Təsərrüfatı Nazirliyinin Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzi istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, ölkəmizdə əsas kənd təsərrüfatı regionlarından olan Lənkəranda son illərdə bu sahədə görülən işlər əhəmiyyəti ilə seçilir. Bu baxımdan Kənd Təsərrüfatı Nazirliyinin Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin fəaliyyəti böyük maraq doğurur. Burada Kənd Təsərrüfatı Nazirliyionun tabeli qurumları tərəfindən bitkiçilik, heyvandarlıq və texniki nəzarət xidmətləri üzrə ümumilikdə 63 növ xidmət göstərilir. Mərkəzdə 58 nəfər çalışır.

Qeyd edək ki, Dövlət Aqrar İnkişaf mərkəzlərinin yaradılmasında məqsəd Kənd Təsərrüfatı Nazirliyinin yerli bölmələrinin vahid mərkəzdən idarə olunmasını təşkil etmək, fermerlərlə işin gücləndirilməsi, elektron xidmətlər və innovativ texnologiyadan istifadə ilə bağlı maarifləndirmə işləri aparmaqdır. Mərkəzlərin təşkili aqrar sektorda xidmətlərin göstərilməsində bir sıra üstünlüklər yaradır. Bu üstünlüklərdən “vahid pəncərə” prinsipinin tətbiqini, şəffaflığın artırılmasını, fermerlərlə əlaqələrin qurulması mexanizminin təkmilləşdirilməsini qeyd etmək olar.

Mərkəz Lənkəran şəhərində qeydiyyatda olan vətəndaşlara xidmət göstərəcək. Lənkəran Regional Toxum Sertifikatlaşdırma Mərkəzi Lənkəran, Masallı, Lerik, Yardımlı və Astara rayonlarını əhatə etməklə bu rayonlarda toxumting istehsalçılarının əkinlərinin qeydiyyatının təşkili, kənd təsərrüfatı bitkilərinin toxumluq əkinlərinin və tinglərin sort eyniliyinin və təmizliyinin, xəstəlik və zərərvericilərlə yoluxmanın müəyyənləşdirilməsini, habelə onların sertifikatlaşdırılmasının təşkilini, toxumting istehsalı ilə məşğul olmaq istəyən fizikihüquqi şəxslərin attestasiyası məqsədilə müvafiq rəy verilməsini təşkil edir.

Lənkəran Regional Aqrokimya Laboratoriyası torpaq mülkiyyətçiləri və sahibkarlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə yaradılıb, müasir cihaz və avadanlıqla təchiz edilib.

 

Azərbaycan.- 2018.- 16 oktyabr.- S.3.