Lənkəran Regional Sınaq Laboratoriyasında hər cür şərait yaradılıb

 

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Lənkəran rayonuna səfəri çərçivəsində istifadəyə verilən müəssisələrdən biriQida Təhlükəsizliyi Agentliyinin Qida Təhlükəsizliyi İnstitutunun Lənkəran Regional Sınaq Laboratoriyası olub.

AZƏRTAC xəbər verir ki, səkkiz şöbədən ibarət laboratoriyada inzibatilaborator baxış otaqları yaradılıb. Gün ərzində 300 sınaq aparmaq potensialına malik laboratoriyanın kimyəvi və bioloji tullantıların zərərsizləşdirilməsi, insinerator, soyuducu kameravivarium kimi yardımçı tikililəri vardır. Burada kimyəvi tullantıların neytrallaşdırma, o cümlədən bioloji tullantıların ozonlaşdırma texnologiyası əsasında zərərsizləşdirilməsi həyata keçirilir.

Nümunə qəbulu, toksikologiya, fiziki-kimyəvi müayinələr, mikrobiologiya, virusologiya, parazitologiya, karantin ekspertiza şöbələrində zəruri laborator müayinələrin aparılması üçün müasir avadanlıq quraşdırılıb, hər cür şərait yaradılıb.

 

Azərbaycan.- 2018.- 16 oktyabr.- S.4.