Hirkan-Daştatük-Biləsər avtomobil yolu 7 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsini
yaxşılaşdracaq
Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lənkəran rayonuna səfərləri çərçivəsində Hirkan-Daştatük-Biləsər avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya yolun texniki göstəriciləri barədə məlumat verdi.
Bildirildi ki, yolun uzunluğu
22 kilometrdir. Hirkan-Daştatük-Biləsər avtomobil yolu
uzun müddət təmir olunmadığı
və burada yola asfalt qatı
vurulmadığı üçün
hərəkət hissəsi
sıradan çıxmış
vəziyyətdə idi.
Bu isə xüsusən
payız-qış mövsümündə
nəqliyyat vasitələrinin
hərəkətində problemlər
yaradırdı. Rayonun
7 yaşayış məntəqəsini
birləşdirən Hirkan-Daştatük-Biləsər
avtomobil yolunun tikintisinə Azərbaycan Prezidentinin Sərəncamına
əsasən dövlət
büdcəsinin investisiya
xərclərindən Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyinə
9,1 milyon manat vəsait ayrılıb. Görülən işlər nəticəsində
Hirkan-Daştatük-Biləsər avtomobil yolu iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə
uyğun şəkildə
yenidən qurulub.
Məlumat verildi ki, yolun
hərəkət hissəsinin
eni 6 metrdir. Çiyinlər də daxil olmaqla
yol yatağının
eni isə 8-10 metr təşkil edir. Yol boyunca müxtəlif
diametrli suötürücü
borular tikilib, zəruri yerlərdə yol nişanları quraşdırılıb, yolcizgi
və yolgöstərici
xətlər çəkilib,
avtobus dayanacaqları inşa edilib.
Avtomobil yolunun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "7 nömrəli
Yol İstismarı”
MMC tərəfindən yüksək
keyfiyyətlə aparılıb. Dağlıq
ərazidə yerləşən,
eləcə də Hirkan Milli Parkı
ərazisindən keçən
Hirkan-Daştatük-Biləsər avtomobil yolunun tikintisi 7 yaşayış
məntəqəsinin rayon mərkəzi
ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında,
həmçinin bu bölgədə iqtisadiyyatın
və kənd təsərrüfatının inkişafında
mühüm əhəmiyyət
kəsb edəcək.
Prezident İlham Əliyevə Astara rayonunun Ojakəran–Tüləküvan–Təngərüd
avtomobil yolunun tikintisi barədə də məlumat verildi. Bildirildi ki, 9 min nəfər
əhalinin yaşadığı
3 yaşayış məntəqəsini
birləşdirən bu
yolun uzunluğu 11 kilometrdir.
Dövlətimizin başçısının
Sərəncamı ilə
bu yolun tikintisinə 3,4 milyon manat vəsait
ayrılıb. Avtomobil yolu
iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə
uyğun yenidən qurulub. Dağlıq ərazidə yerləşən
Ojakəran–Tüləküvan–Təngərüd
avtomobil yolunun tikintisi əhatə etdiyi yaşayış məntəqələrinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin
yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın,
kənd təsərrüfatının,
habelə turizmin inkişafında mühüm
rol oynayacaq. Yük və sərnişin daşınmasını xeyli
yaxşılaşdırmağa imkan verən yolun tikinti işləri
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "49 nömrəli
Yol İstismarı”
MMC tərəfindən həyata
keçirilib.
Dövlətimizin başçısı Astara
rayonunun Taxtanəkəran-Miki,
Taxtanəkəran-Toradi kəndlərarası
avtomobil yollarının
tikintisi ilə də maraqlandı.
Məlumat verildi ki, 12 min nəfər əhalinin yaşadığı
və 38 yaşayış
məntəqəsini birləşdirən
kəndlərarası avtomobil
yollarının yenidən
qurulması məqsədilə
ümumilikdə 11,5 milyon
manat vəsait ayrılıb. Yolların tikintisi yüksək
səviyyədə həyata
keçirilib. Həmin
yolların ümumi uzunluğu 27,4 kilometrdir. Bu yollar
da iki hərəkət
zolaqlı olmaqla
4-cü texniki dərəcəyə
uyğun yenidən qurulub, sərnişin və yük daşınmasını xeyli
yaxşılaşdırmağa imkan verəcək.
Bu, həmçinin yerli
və xarici turistlərin ərazidə
yerləşən istirahət
mərkəzlərinə rahat
getmələrinə və
tarixi mədəniyyət
abidələri ilə
tanış olmalarına şərait yaradacaq.
Dövlətimizin başçısına və
xanımına Astaraçay
üzərində tikiləcək
körpü və körpüyə qədər
olan yolun planı barədə də məlumat verildi.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hirkan-Daştatük-Biləsər
avtomobil yolunun rəmzi açılışını
bildirən lenti kəsdilər.
Sonda
xatirə şəkli çəkdirildi.
Azərbaycan.-
2018.- 16 oktyabr.- S.4.