Heydər Əliyev
Fondundan körpələrə
növbəti töhfə
Oktyabrın 15-də Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü
ilə inşa olunmuş 100 yerlik Lerik şəhər 2 saylı körpələr
evi-uşaq bağçasının
açılışında iştirak edib.
AZƏRTAC xəbər
verir ki, Azərbaycan Prezidenti uşaq bağçasının
rəmzi açılışını
bildirən lenti kəsdi.
Uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların
sağlam və xoşbəxt böyüməsi
bu gün dövlətimizin həyata
keçirdiyi siyasətdə
mühüm yer tutur. Respublikamızın bütün bölgələrində
yeni körpələr
evi-uşaq bağçalarının
inşası, onların
müasir avadanlıqla
təchiz edilməsi bunun əyani təsdiqidir. Yeni uşaq
tərbiyə müəssisələrinin
inşasına, eləcə
də mövcud olanların ən müasir tələblər
səviyyəsində yenidən
qurulmasına dövlət
tərəfindən böyük
dəstək verilir.
Bu istiqamətdə həyata keçirilən
Dövlət proqramları
ilə yanaşı, Heydər Əliyev Fondu da bu
sahəyə xüsusi
töhfə verir.
Fondun məktəbəqədər tərbiyə
müəssisələrinin yenidən qurulması ilə bağlı həyata keçirdiyi layihələr bu baxımdan çox mühüm rol oynayır. Heydər Əliyev Fondunun
"Məktəbəqədər təhsil müəssisələrinin
inkişafı” proqramı
uşaqların təlim-tərbiyəsinin,
onların bilikli və savadlı yetişməsinin Fondun fəaliyyətinin əsas
istiqamətlərindən birini
təşkil etdiyini bir daha sübut
edir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə
inşa edilmiş bağçalardan biri də Lerik şəhər
2 saylı körpələr
evi-uşaq bağçasıdır. Bu cür
gözəl və hərtərəfli şəraiti
olan körpələr
evi-uşaq bağçalarının
istifadəyə verilməsi
bir daha sübut edir ki, dövlətimizlə bərabər, Azərbaycanın
birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da gələcəyimiz
olan uşaqlarla bağlı bütün məsələlərə xüsusi
həssaslıqla yanaşır,
onların sağlam və xoşbəxt böyüməsi üçün
əlindən gələni
əsirgəmir. Müasir görkəmi
ilə seçilən
belə müəssisələr
həm də yerləşdiyi ərazinin
gözəlliyini daha da artırır.
Bildirildi ki, bu uşaq
müəssisəsinin inşasına
2015-ci ilin mayında başlanılıb. İnşaat işləri 2018-ci ilin mayında yekunlaşıb. İkimərtəbəli binada qrup, yataq,
yemək otaqları və xidməti otaqlar var. Burada, eyni zamanda, musiqi
və gimnastika, həmçinin kompüter
otağı da balacaların ixtiyarına verilib. Müxtəlif qrupların fəaliyyət
göstərəcəyi bağçada
uşaqların təlim-tərbiyəsi
ilə yüksək səviyyədə məşğul
olmaq, onların istedadlarını üzə
çıxarmaq üçün
hərtərəfli şərait
yaradılıb. Otaqların hamısı
zəruri avadanlıq və əyani vasitələrlə təchiz
olunub. Körpələr evi-uşaq bağçasının
ərazisində balacaların
əylənməsi üçün
meydança yaradılıb.
Müəssisədə 22 nəfərin daimi işlə təmin edilməsi nəzərdə
tutulub.
Bütün bunlar bir daha
da göstərir ki, Heydər Əliyev Fondunun təhsillə bağlı
fəaliyyət dairəsində
məktəbəqədər təhsil müəssisələrinin
yenidən qurulmasına,
bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunmasına
geniş yer ayrılıb. Ümumilikdə, ölkədə son illərdə uşaqların
sosial müdafiəsinin
gücləndirilməsi və
onların xoşbəxt
böyümələri naminə
olduqca mühüm layihələr icra edilib. Bunların arasında mövcud
körpələr evi-uşaq
bağçalarının əsaslı təmiri ilə yanaşı, yeni-yeni bu cür
müasir müəssisələrin
yaradılması vacib
əhəmiyyət kəsb
edir.
Azərbaycan. - 2018.- 16 oktyabr.- S.7.