Professor Nərgiz Paşayeva Oksford Universitetinin Kanslerinin
Xeyriyyəçilər Komitəsinin daimi üzvlüyünə
qəbul edildi
Azərbaycanı
və Qafqazı öyrənən Britaniya Fondunun adı
Oksfordun şərəf tarixinə - Klarendon Arkasına həkk
olundu
Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın vitse-prezidenti, Oksford Universitetinin Nizami Gəncəvi adına Elmi mərkəzinin (www.orinst.ox.ac.uk/nizami-ganjavi-programme-study-languages-and-cultures-azerbaijan-and-caucasus) Azərbaycan tərəfdən rəhbəri, Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun (www.bfsac.org.uk) Qəyyumlar Şurasının sədri akademik Nərgiz Paşayeva Oksford Universitetinin Kansleri Lord Patten Barnesin rəhbərlik etdiyi Xeyriyyəçilər Komitəsinin üzvlüyünə təntənəli sürətdə qəbul edilib.
AZƏRTACxəbər verir ki, Oksford Universitetinin Kansleri Lord Patten Barnesin dəvət məktubu ilə oktyabrın 11-də professor Nərgiz Paşayeva Kanslerin Xeyriyyəçilər Komitəsinin 28-ci illik xüsusi mərasimində həmin şərəfli titulu qəbul etmək üçün iştirak edib. Bununla yanaşı, diqqətləri çəkən və Oksford Universiteti tarixinə yazılan bir qərarın seremonial icrası da baş tutdu. Belə ki, Oksford Universiteti rəhbərliyinin və Elmi Şurasının qərarı ilə Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun adı Kanslerin Xeyriyyəçilər Komitəsinin daimi üzvü kimi dünya şöhrətli alimlər, ictimai xadimlər və nüfuzlu təşkilatlarla yanaşı, XVII əsrə aid Klarendon binasının Arkasında (www.oxfordhistory.org.uk/broad/buildings/south/clarendon.html) Xatirə Lövhəsinə həkk olundu.
Oksford Universitetinin dəyər
verdiyi tərəfdaşlarını daimi tanıtdırmaq ənənəsi
var. Bu tarixi ənənəyə əsasən,
XIV əsrdən başlayaraq universitetin birinci dərəcəli
binası, onun qəlbi sayılan tarixi əhəmiyyətli məşhur
Bodleyn Kitabxanasının (www.bodleian.ox.ac.uk) girişində
yerləşən Klarendon Arkasında
(www.oxfordhistory.org.uk/broad/buildings/south/clarendon.html) universitetin ən
alicənab xeyriyyəçilərinin və dünyada
tanınmış insanların adları həkk edilir. Bu tarixi
bina 1711-1715-ci illərdə Nicholas Hawksmoor tərəfindən
tikilib. Bina ilk vaxtlar Oksford Universitetinin Mətbuat evi
üçün nəzərdə tutulmuşdu. İndi burada
Bodleyn kitabxanasının bir hissəsi yerləşir. Klarendon
binasının adı İngiltərədə qeydə
alınmış tarixi binaların siyahısında ilk
sıralardadır. Binanın bir hissəsi Lord Klarendon tərəfindən
maliyyələşdirildiyi üçün onun şərəfinə
adlandırılıb. İndiyədək Klarendon Arkasında
Universitetin ən görkəmli xeyriyyəçilərinin
adları həkk edilib. Burada
Oksford və dünya tarixində ən tanınmış
şəxslərin - Ser Tomas Bodley, Ülyahəzrət
Kraliça I Elizabeth, John Radcliff, William Camden, I Kral Charles,
Elias Ashmole, I Kral George, George Aldrich, Joseph Boden, Anne Kennicott, Ser
Robert Taylor, John Hall, Charlotte Sutherland, John Ruskin, Rebecca Flower
Squire, Christopher Welch, Henry Wilde, The Rhodes Trust, The Rockefeller
Fondu, Sir Arthur John Evans, The Ford Fondu, The Bernard Sunley Xeyriyyə
Fondu, Institute of Transport, Action Research, Cancer Research Campaign,
Fereydoun Soudavar, British Petroleum kimi şirkətlərin
adları qeyd olunub. Müasir dövrə aid olan Weston Ailəsi,
Professor Richard Diebold Jr., Ser Ronald Cohen, Leonard Blavatnik kimi məşhurlar
da daxil olmaqla 230 nəfər görkəmli alim, ictimai xadim və
nüfuzlu təşkilatların adları xatirə lövhəsinə
əbədi olaraq yazılıb. 2018-ci il
oktyabrın 11-dən etibarən Azərbaycanı və
Qafqazı öyrənən Britaniya Fondunun adı da dünyada
tanınmış məşhurlarla yanaşı, Oksford
Universitetinin Klarendon Arkasına həkk edildi.
Qürurla qeyd olunmalıdır ki,
Oksford Universitetində xüsusi xidmətləri olan şəxslər
arasında ilk dəfə azərbaycanlı alim, Oksford
Universitetinin Nizami Gəncəvi adına Elmi mərkəzinin
(www.orinst.ox.ac.uk/nizami-ganjavi-programme-study-languages-and-cultures-azerbaijan-and-caucasus)
yaranmasının təşəbbüskarı və rəhbəri,
Azərbaycanı və Qafqazı öyrənən Britaniya
Fondunun Qəyyumlar Şurasının sədri, professor Nərgiz
Paşayeva Oksford Universitetinin Kanslerinin Xeyriyyəçilər
Komitəsində rəsmən daimi təmsil olundu. Beləliklə,
həmyerlimiz professor Nərgiz Paşayeva son reytinqə görə
dünyanın birinci ali məktəbi sayılan Oksford
Universitetinin tarixində xüsusi xidmətləri olan alimlərdən,
ictimai xadimlərdən və nüfuzlu təşkilatlardan
ibarət Kanslerin Xeyriyyəçilər Komitəsinə
üzvlüyə qəbul edilən və universitetin xüsusi
mantiya və qızılı ipli baş geyim dəsti ilə təltif
edilən ilk azərbaycanlı oldu. Universitet
tarixində xüsusi xidmətləri olan alimlərə verilən
bu şərəf professor Nərgiz Paşayevanın əməyinə
və onun təşəbbüsü ilə Oksford Universitetində
yaradılmış Nizami Gəncəvi Elmi Mərkəzinin fəaliyyətinə
verilən dəyərli qiymətin göstəricisidir. Protokola və ənənəyə uyğun olaraq
Kanslerin Xeyriyyəçilər Komitəsinin
üzvlüyünə qəbul edilən şəxslər
Komitənin digər üzvlərindən qızılı
sapla bəzədilmiş xüsusi geyimi ilə seçilirlər.
Bununla da həmin üzvlərin Oksfordun akademik
sahələrinə uzunmüddətli və çoxsahəli
töhfə vermələri Oksford Universiteti tərəfindən
böyük ehtiramla qəbul və qeyd olunur.
Xeyriyyəçilər Komitəsinin
ənənəvi illik toplantısı Oksford Universitetinin ən
görkəmli və sadiq dostlarını bir araya gətirir. Tədbirdə
komitəyə yeni üzvlərin qəbul edilməsi və bir
sıra mühüm elmi-tədqiqat işlərinin təqdimatı
keçirilir. Həmin gün ən
nüfuzlu alimlərin, xeyriyyəçilərin və təşkilatların
adları əvvəl bildirdiyimiz kimi, başqalarından
seçilərək xatirə lövhəsində həkk
edilir. Həmçinin aktual məsələlərlə
əlaqədar tanınmış alimlərin təqdimatları
dinlənilir, universitet rəhbərliyi ilə müzakirələr
aparılır. Rəsmi mərasimdən
sonra universitetin yeni tədqiqat mərkəzlərinin bir hissəsinə
baxış da keçirilir.
Ənənəyə uyğun olaraq
bu il tarixi Divinity School (İlahiyyat
Fakültəsi) binasında xüsusi mərasim keçirilib.
Dünya miqyaslı alim və ziyalılarla yanaşı, professor Nərgiz Paşayevaya Oksford
Universitetinin tarixində xidməti olan alim kimi mantiya və
qızılı ipli baş geyim dəsti təqdim edilib. Sonra Kanslerin Xeyriyyəçilər Komitəsinin
üzvləri və digər mərasim
iştirakçıları Oksford Universitetinin Kansleri Lord
Patten Barneslə görüşüb, xatirə şəkilləri
çəkdiriblər.
Kanslerin Xeyriyyəçilər
Komitəsinin 28-ci illik toplantısı hələ XVI əsrdə
Britaniya parlamentinin toplaşdığı məşhur
Konvokeyşn binasında (Convocation House) keçirilib. Tədbirin əvvəlində
komitəyə yeni üzvlərin qəbul edilməsi mərasimi
baş tutub. Oksford Universitetinin ənənələrinə
uyğun olaraq, komitənin yeni və mövcud üzvləri
prosedura uyğun sıra ilə Vren Qapısı (Wren Door) və
Kansler Komitəsindən keçərək İlahiyyat
fakültəsindən Convocation binasına təntənəli
surətdə daxil olublar. Sıranın başında mərasimin
marşalı, mərasimin aparıcısı Kansler Lord Patten
Barnesin, daha sonra baş proktor, kiçik proktor, vitse-kansler,
iclas iştirakçısı, proktorların katibi, ardınca
mövcud Komitə üzvləri: Dr Chung Hon Dak, Mr Peter Levine,
Dr Kotaro On, Sir Howard Stringer, Dr Robert Easton, professor Raymond Dwek,
Lady Marina Marks, Dame Theresa Sackler, Mr Bernard Taylor, professor Chas
Bountra qədim mərasim zalına daxil olublar.
Mərasimin
ardıcıllığına görə Kanslerin Xeyriyyəçilər
Komitəsinin mövcud üzvlərinin ardınca professor Nərgiz
Paşayeva ilə yanaşı, digər yeni üzvlər təltifolunma
və yüksək kürsü zalına daxil olublar. Onların arasında
Əlahəzrət Sultan Nazrin Muizuddin Şah, Sir Peter Luff, Sir
Martin Smith və Ledi Smith var. Qeyd edək ki, bu il yalnız
üç adın təqdim olunan siyahıdan Klarendon
Arkasında əbədi olaraq yazılması Oksford
Universitetinin Ali Şurası tərəfindən təsdiq
edilib, bunlardan biri də professor Nərgiz Paşayevanın Qəyyumlar
Şurasına sədrlik etdiyi Azərbaycanı və
Qafqazı öyrənən Britaniya Fondudur.
Universitetin ali
yığıncağının təntənəli proseduru
zamanı mərasimin protokoluna uyğun olaraq ictimai oratoru
yüksək tribunadan qeyd edib ki, Kanslerin Xeyriyyəçilər
Komitəsində Azərbaycanı və Qafqazı öyrənən
Britaniya Fondu professor Nərgiz Paşayeva tərəfindən təmsil
olunur. Xüsusi orator aşağıdakı sözləri ali yığıncağa bəyan edərək
deyib:"Azərbaycanı və Qafqazı öyrənən
Britaniya Fondunun dəstəyi ilə Azərbaycanın,
Qafqazın və Orta Asiyanın tarixi, dilləri və mədəniyyətlərinin
öyrənilməsi üçün Oksfordda Mərkəz
açıldı.
Fondun dəstəyi sayəsində
üç fəlsəfə doktoru (DPhil) təqaüdünün
ayrılması imkanı yaranacaq, eləcə də tədqiqatçı
alimlərə, müxtəlif tədbirlərin
proqramlarına, həmçinin idarəetmə məsələlərinə
dəstək veriləcək. Fond, həmçinin Orta Şərq
və İslam Kolleksiyaları üzrə kitabxanaçı vəzifəsi
və Oksford Universitetinin Türk Dilləri Bölməsində
Azərbaycanın rəsmi dili olan Azərbaycan dili ilə tanış olmaq və dili öyrənmək
istəyən tələbələr üçün təlimatçı
vəzifəsinin yaradılmasına dəstək verib.
Britaniya Fondunun dəstəyi
Bodleyn kitabxanasına tələbə və tədqiqatçılar
üçün oxu otağı açılması ilə
yanaşı, bölgənin nadir və əhəmiyyətli
materialları ilə öz kitab fondlarını
artırmağa imkan verəcək. 12-ci əsrin şairi
Nizaminin adını daşıyan Mərkəzin
yaradılması 2013-cü ildə başlamış Nizami Gəncəvi
Proqramının 5 illik uğurlu tədqiqat fəaliyyətinin
nəticəsidir.
Azərbaycanı və
Qafqazı öyrənən Britaniya Fondu Azərbaycana və
geniş Qafqaz regionuna aid təhsil və mədəni layihələri
dəstəkləmək üçün yaradılıb. Fondu Kanslerin
Xeyriyyəçilər Komitəsində Fondun Qəyyumlar
Şurasının sədri professor Nərgiz Paşayeva təmsil
edir. Nizami Gəncəvi Mərkəzinin
yaradılmasının təşəbbüskarı olan
professor Nərgiz Paşayeva MDU-nun Bakı filialının
rektoru və MDU-nun fəxri professorudur”.
Bundan sonra Oksford Universitetinin Kansleri
Lord Patten Barnes böyük toplantıya professor Nərgiz
Paşayevanın universitetin yaxın dostu və mötəbər
akademik tərəfdaşı kimi
tanındığını bildirib və Kanslerin Xeyriyyəçilər
Komitəsinə daimi üzv kimi qəbul edildiyini bəyan edib:"Siz
indi mənə universitetin mötəbər dostu və tərəfdaşı
kimi təqdim edildiniz. Sizi Fəxri üzv kimi
Xeyriyyəçilər Komitəmə qəbul edirəm və
Sizin bu alicənablığınızı sevinclə qəbul
edərək Klarendon Arkasının altındakı tabloda
adınızın yazılmasını bəyan edirik”.Bu
sözləri 2018-ci ilin oktyabrın 11-də dünyanın
birinci universitetinin ən yüksək tribunasından Oksford
Universitetinin Kansleri Lord Patten Barnes deyib. Bundan
sonra Lord Patten Barnes professor Nərgiz Paşayevaya bu sözləri
təsdiq edən özünün imzaladığı ənənəvi
qədim dildə yazılmış rəsmi sənədləri
xüsusi bağlamalarda təqdim etdi.
Daha sonra Komitəyə yeni
üzv seçilən digər şəxslərin də təqdimatı
keçirilib.
Qeyd edək ki, Kanslerin Xeyriyyəçilər
Komitəsinin yeni üzvləri arasında dünya
miqyasında tanınmış ictimai xadimlər və
ziyalılar var. Yeni üzvlərdən Sultan Nazrin Muizuddin
Şah 2014-cü ildən Malayziya Sultanlığı Perak
Sultanı və Malayziya Ali Qubernatorunun müavinidir. O, təhsilini
Oksford Universitetində alıb, Harvard Universitetinin iqtisadiyyat fakültəsinin
magistratura və doktoranturasını bitirib. Cənub-Şərqi
və Şimal-Şərqi Asiyada iqtisadi və siyasi
inkişafa dair bir çox elmi məqalələrin və
kitabların müəllifidir. Malayziya Universitetinin
Kansleri, Malayziya Universitetinin Elmi Şurasının sədri və
Malayziyanın Müasir Dillər Assosiasiyasının rəhbəridir.
Bu il Kanslerin
Xeyriyyəçilər Komitəsinin üzvlüyünə
seçilən Sir Peter Luff isə 2015-ci ildən Böyük
Britaniya Milli İrs Memorial Fondu və Miras Lotereya Fondunun sədridir.
O, həmçinin Böyük Britaniyanın aviasiya sistemləri,
milli təhlükəsizlik, rabitə və elektron sistemləri
üzrə baş məsləhətçisidir. Sir Peter Luff
23 il müddətində Vorçesterdən
seçilən parlament üzvü kimi fəaliyyət göstərib.
O, həmçinin Britaniyanın avadanlıq və texnologiya
üzrə müdafiə naziri olub. Britaniyanın
İctimaiyyətlə Əlaqələr İnstitutunun fəxri
üzvüdür. Kral İncəsənət
Cəmiyyətinin üzvü olan Sir Peter Luff 2014-cü ildə
ictimai siyasi xidmətinə görə cəngavər tituluna
layiq görülüb. Bir daha qeyd edək ki, yalnız
Əlahəzrət Sultan Nazrin Muizuddin Şah, Sir Peter Luff və
professor Nərgiz Paşayevanın Qəyyumlar Şurasına sədrlik
etdiyi Azərbaycanı və Qafqazı öyrənən
Britaniya Fondunun adları Klarendon Arkasında əbədi olaraq
həkk edilib.
Komitənin yeni üzvləri
sırasında Ser Martin və Lady Elise Smith ailəsi də
var. Sir Martin Smith 1964-cü ildə Oksford Universitetində
fizika sahəsində təhsil alıb, sonra sənaye
ixtisası üzrə Kaliforniyada Stanford Universitetini bitirib. O, "Phoenix Securities”
şirkətinin təsisçisi və baş tərəfdaşı,
Avropa İnvestisiya Bankının sədri, həmçinin səhiyyə
xidmətləri göstərən "Worldwide Healthcare Trust”
şirkətinin sədri və "Oxford Capital Partners" təşkilatının
direktoru olub. O, həyat yoldaşı ilə birgə Oksford
Universitetində "Smith School Enterprise and Environment" məktəbini
yaradıb. Sir Martin Smith 2013-cü ildə sənət,
təhsil və elm sahələrində xidmətlərinə
görə Şöhrət rütbəsi alıb.
Beləliklə, yeni təsdiq
edilmiş üzvlərin ardınca digər qəbul edilmiş
üzvlər də zala daxil oldular. Onların arasında Mr Mohamed Amersi,
Mrs Emma Marcegaglia, Mr Duncan Greenland və Mrs Barbara Greenland, Lord
Livingston of Parkhead, Mr Bruns Grayson, Mr David Norwood və digərləri
var idi.
Təntənəli mərasim
başa çatdıqdan sonra illik toplantının növbəti
mərhələsi - Klarendon Arkasında Xatirə Lövhəsinin
təqdimatı keçirildi. Bu mərasim Oksfordun məşhur
tarixi əhəmiyyətli binalarından sayılan Klarendonda
(www.oxfordhistory.org.uk/broad/buildings/south/clarendon.html) baş tutdu.
Mərasim təntənəli
sürətdə eyni sıralamada məşhur tarixi Konvocation
zalına, Kansler Komitəsindən İlahiyyat fakültəsinin
(Divinity School) (www.theology.ox.ac.uk) binası istiqamətində təntənəli
yürüşlə başa çatıb.
Fasilədən sonra illik
toplantı "Oksfordun Dəyişən Dünyaya Münasibəti”
mövzusunda sessiya ilə davam edib. Sessiyada
açılış nitqi ilə çıxış edən
Oksford Universitetinin kansleri Lord Patten Barnes komitə üzvlərini
Universitetin gələcəyi ilə bağlı geniş
müzakirələrdə iştirak etməyə, qlobal
narahatlıq doğuran sahələrə dair fikirlərini
bölüşməyə çağırıb. O,
Oksfordun dünyanın ümumi rifahı naminə öyrətmə
və maarifləndirmə kimi tarixi missiyasını davam etdirməyinə
kömək edən hər bir kəsə minnətdarlığını
ifadə edib. Kanslerin açılış nitqi
və vitse-kanslerin müraciətindən sonra universitetin
qarşısında duran ən vacib məsələlər
haqqında müzakirələr aparılıb. Vitse-kansler professor Louise Richardson Oksforddakı yeniliklər
haqqında məlumat verib. Yekunda Kansler və
vitse-kansler iştirakçıların suallarını
cavablandırıblar.
İllik toplantı çərçivəsində
Blavatnik İdarəçilik Fakültəsi və Beecroft
binasında müxtəlif mövzularda təqdimatlar
keçirilib.
"İpək Yolları” bestsellerinin müəllifi, professor Peter Frankopan "Gələcəyin
tarixi” mövzusunda təqdimatla çıxış edib. O,
keçmişə baxışların dəyişdiyi və
bunun XXI əsrdə vacibliyi haqda danışıb.
"Tuberkulyoz və yaxud
qeyri-tuberkulyoz: cavab axtarışında” mövzusunda
çıxış edən professor Helen McShane vərəmin
hələ fironların vaxtında yaranması, ancaq indi daha
çox yoxsulluq xəstəliyi kimi tanınması və
yayılan bu patogeni aradan qaldırmağın yolları
haqqında müzakirə açıb.
Toplantıda maraqla qarşılanan təqdimatlardan
biri də "Young Lives” araşdırma proqramının
direktoru, professor Jo Boydenin "Qlobal məqsədlər
dünyanın ən kasıb uşaqlarına xidmət edirmi?”
mövzusundakı araşdırması oldu. Bu
proqram çərçivəsində 12 min uşaq
arasında uzunmüddətli tədqiqat aparılıb. Nəticədə
uşaqlar arasında yoxsulluq və gender bərabərsizliyini
aradan qaldırmaq, bütün uşaqların keyfiyyətli təhsillə
təmin edilməsi naminə beynəlxalq səylərin nailiyyətləri
və uğursuzluqları təqdim olunub.
"Beecroft binasının pərdə
arxası” adlı təqdimatda isə professor İan Shipsey və
professor John Wheater Kanslerin Xeyriyyəçilər Komitəsinin
üzvlərini Oksfordun innovativ Beecroft binasına özəl
tura dəvət ediblər. Onlar Oksford
Universitetinin fizika sahəsində qabaqcıl tədqiqatları
ilə bağlı məlumat veriblər, kosmosdan başlayaraq,
Yer kürəsinin iqlimi ilə əlaqədar vacib sualları
cavablandırıblar. Qonaqlar, həmçinin
Oksfordda dünyanın ən qiymətli əlyazmalarının
necə qorunduğunu görmək üçün Veston
Kitabxanasındakı Konservasiya Mərkəzinə
baxış keçiriblər.
Kanslerin Xeyriyyəçilər
Komitəsinin 28-ci illik mərasimi Oksford Universitetinin Rodes House
binasının Milner Holl zalında
(http://conference-oxford.com/venues/conference/rhodes-house) Kanslerin qəbulu
və təntənəli Qala şam yeməyi ilə yekunlaşıb. Qala şam yeməyində
universitetin Kansleri Lord Patten, vitse-kansleri professor Luiz
Riçardson, Oksford universitetinin məşhur nüfuzlu alimləri,
ali qonaqlar, dünyanın tanınmış ictimai xadimlər
və ziyalılar, eləcə də Oksford Universitetinin Nizami
Gəncəvi Elmi Mərkəzinin Britaniya tərəfindən
rəhbəri professor Edmund Herziq və həmin Mərkəzin
Azərbaycan tərəfindən rəhbəri professor Nərgiz
Paşayeva, Britaniya parlamentinin Lordlar Palarasının
üzvü və Azərbaycanı və Qafqazı öyrənən
Britaniya Fondunun Qəyyumlar Şurasının üzvü Lord
Malkolm Bryus, Kanslerin Xeyriyyəçilər Komitəsinin
üzvləri iştirak ediblər.
Britaniya kimi qədim tarixi ənənəsi
olan ölkədə və eləcə də qlobal elmi səviyyədə
mühüm rol oynayan mötəbər elm ocağı kimi
tanınan Oksford Universitetində 2013-cü ilədək, yəni
Oksford Universitetinin Nizami Gəncəvi Elmi mərkəzi
yaranana qədər Qafqazın qədim tarixi və mədəniyyəti
çox hallarda birtərəfli əsasən erməni tarixi və
bir qədər də gürcü tarixi baxımından
öyrənilib. Hələ 1965-ci ildə Oksford
Universitetinin Şərqşünaslıq fakültəsində
erməni elmi mərkəzi yaradılıb və bu günə
kimi fəaliyyət göstərir. Təəssüflər
olsun ki, bunun müqabilində, yəni 2013-cü ilədək
bir dövr ərzində bunula bağlı heç bir iş
görülməyib. Halbuki, tarixi həqiqətləri
elmi əsaslar və sübutlar üzərində qurub təqdim
edən Britaniya cəmiyyətində əvvəlcə məhz
fundamental elmi ocaqlarla müştərək professional elmi əlaqələr
birinci dərəcəli əhəmiyyətə malikdir.
Bu gün Oksford Universitetinin Nizami Gəncəvi
Elmi Mərkəzi Azərbaycan kontekstini İngiltərənin
və onun cəmiyyətinin qaydalarına uyğun olaraq layiqli
səviyyədə Britaniyada təqdim və təmsil edir.
Şübhəsiz ki, bu, ölkəmizin tək beynəlxalq
akademik aləmdə deyil, ümumiyyətlə sivil və
qabaqcıl dünyada imicinə və adına
şərəf və dəyər gətirən və
intellektual nəsillərin dünya elm məbədi sayılan
Oksford Universitetindən bəhrələnməsinə imkanlar
yaradan böyük hadisədir.
Xatırladaq ki, professor Nərgiz
Paşayevanın təşəbbüsü və şəxsi
səyi ilə yaradılmış Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq
Elmi Mərkəzi 2013-cü ildən Oksford Universitetində fəaliyyətə
başlayıb. Bu il mayın 23-də Elmi Mərkəzin
universitetin tərkibində daimi mövcudluğu haqqında
müqavilə imzalanıb. İmzalanma mərasimi Oksford
Universitetinin protokoluna əsasən bu ali təhsil
ocağının XVII əsrdə yaradılmış
Klarendon Kollecində keçirilmişdi.
Elm və təhsil sahəsində əsrin
kontraktı adlandırılan bu müqaviləni Oksford
Universiteti tərəfindən ali məktəbin vitse-kansleri,
professor Luiz Riçardson və Azərbaycanı və
Qafqazı öyrənən Britaniya Fondunun Qəyyumlar
Şurasının sədri, Moskva Dövlət Universitetinin
Bakı filialının rektoru professor Nərgiz Paşayeva
imzalayıblar. Müqaviləyə əsasən,
Nizami Gəncəvi adına Azərbaycan və
Qafqazşünaslıq Elmi Mərkəzi Oksford Universitetində
yüksək statuslu elmi-akademik Mərkəz olaraq, universitetin
ayrılmaz bir hissəsi kimi daimi fəaliyyət göstərir.
İmzalanmış müqavilənin bəndlərindən
birində Oksford Universitetinin Şərqşünaslıq
İnstitutunun kitabxanasına dahi Azərbaycan şairi Nizami Gəncəvinin
adının verilməsi də qeyd olunub. Klarendon
binasının Arkasında Azərbaycanı və Qafqazı
öyrənən Britaniya Fondunun adının həkk edilməsi
bu möhtəşəm başlanğıcın uğurlu
davamı kimi qiymətləndirilib. Böyük
Britaniyanın görkəmli elm, mədəniyyət və
ictimaiyyət xadimlərinin iştirakı ilə Oksford tarixində
ən tanınmış adlarla birlikdə Azərbaycanı və
Qafqazı öyrənən Britaniya Fondunun adının Oksford
Universitetinin Klarendon Arkasına yazılması və ilk dəfə
azərbaycanlı alimin, professor Nərgiz Paşayevanın
Oksford Universitetinin Kanslerinin Xeyriyyəçilər Komitəsinin
üzvlüyünə qəbul edilməsi Azərbaycan
üçün tarixi bir gün olaraq yaddaşlarda qalacaq. Bu
böyük və şərəfli hadisə gələcəyə
ümidli baxışları, yeni nəslin istedadlarını,
yeni böyük imkanları, əlaqələri, ümumbəşəri
dəyərlərin üstünlüyünü, təntənəsini
daim təzahür edəcək. Belə ali lövhədə
Azərbaycanın imzası oldu və gələcək nəsillərə
qaldı. Eləcə də, qəlbində Azərbaycan sevgisi
və milli ehtirası olan hər bir kəsin əsrlərlə
qürur duyacağı bir tarixə çevrildi.
Azərbaycan.- 2018.-16 oktyabr.- S.11.