ABŞ-ın Linkoln Universiteti ilə ikili diplom proqramı
reallaşır
Tədrisin keyfiyyətinin artırılması
istiqamətində Azərbaycan
Dövlət İqtisad
Universitetində (UNEC) həyata
keçirilən islahatlardan
biri də nüfuzlu xarici universitetlərdə ikili diplom proqramlarına üstünlük verilməsidir. Artıq
UNEC tələbələrinin 4 il təhsil
müddəti ərzində
UNEC diplomu ilə bərabər, Fransanın
Montpellier, London Universiteti-London İqtisadiyyat məktəbinin,
İsveçrənin UBİS, Litvanın MikolosRomeyros universitetlərinin də diplomlarını alması
reallıqdır.
UNEC bu istiqamətdə yeni uğura imza atıb. Belə ki, bir ildən çox müddətdə
aparılan danışıqların
nəticəsi olaraq
12 oktyabrda İstanbulda
UNEC rektoru, professor Ə.Muradov
və Linkoln Universitetinin rektoru,
professor M.Brodsky tərəfindən
ABŞ-ın Linkoln Universiteti ilə UNEC arasında ikili diplom proqramına dair müqavilə imzalanıb. Müqaviləyə
əsasən, UNEC tələbələri
öz seçimlərinə
uyğun olaraq, 1 və ya 2 il
ABŞ-da oxumaqla, yaxud ABŞ-dan gələn professorların
tədris etdiyi 9-12 fənni Bakıda UNEC-də dinləyib uğurla imtahan verdikdən sonra UNEC diplomu ilə yanaşı, həm də ABŞ Linkoln Universitetinin diplomunu əldə edə biləcəklər. Müqavilənin üstünlüyü həm
də ondadır ki, ikili diplom
proqramından həm bakalavr, həm də magistrlər bəhrələnə biləcəklər.
Linkoln Universiteti 1919-cu ildə yaradılıb. "San FranciscoBusinessTimes” reytinqinə
əsasən, University of Californiya,
Berkeley/HaasSchool of Business və
StanfordGraduateSchool of Business-dən sonra "MBA ProqramsintheGreater Bay Area” da
ən yaxşı MBA
təhsili verən universitetdir. Məlumat üçün
bildiririk ki, ümummilli lider Heydər Əliyev Linkoln Universitetinin fəxri doktorudur.
Azərbaycan.- 2018.- 16 oktyabr.- S.13.