O.S.Qurbanovun Azərbaycan Respublikasının
Mərakeş Krallığında fövqəladə və səlahiyyətli
səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Oktay Sudef oğlu Qurbanov Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
16 oktyabr 2018-ci il
Azərbaycan.- 2018.- 17 oktyabr.- S. 2.