E.X.Vəliyevin Ukraynanın
Çerkassı, Kirovoqrad, Poltava
və Vinnitsa vilayətlərini əhatə
etməklə Poltava şəhərində
Azərbaycan Respublikasının fəxri konsulu
təyin edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Elşən Xanlar oğlu Vəliyev Ukraynanın Çerkassı, Kirovoqrad, Poltava və Vinnitsa vilayətlərini əhatə etməklə Poltava şəhərində Azərbaycan Respublikasının fəxri konsulu təyin edilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
16 oktyabr 2018-ci il
Azərbaycan.- 2018.- 17 oktyabr.- S. 2.