Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat
İnstitutunun əməkdaşlarının
“Tərəqqi” medalı ilə təltif edilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda iqtisad elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi” medalı ilə təltif edilsinlər:
Hüseynov Tofiq Həsən oğlu
Muradov Allahyar Niyaz oğlu.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
16 oktyabr 2018-ci il
Azərbaycan.- 2018.- 17 oktyabr.- S. 2.