Türkiyənin “Haber Global” kanalında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın
qazandığı nailiyyətlərə dair
süjet yayımlanıb
Türkiyənin "Haber Global” telekanalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkə rəhbəri vəzifəsində 15 illik fəaliyyəti dövründə əldə olunan nailiyyətlərə həsr edilən geniş süjet yayımlanıb.
AZƏRTAC xəbər verir ki, "İlham Əliyev ilə 15 il” adlı yeddi dəqiqəlik süjetdə dövlət başçısının hakimiyyətdə olduğu dövrdə mühüm uğurların qazanıldığı qeyd edilib. Həmçinin İlham Əliyevin 2003-cü ildə səsvermə günü verdiyi müsahibədə dediyi "Bu seçkilərin Azərbaycanın inkişafı, Azərbaycan xalqının rifahının artması və Azərbaycan dövlətinin güclənməsi yolunda mühüm addım olacağına inanıram” sözləri diqqətə çatdırılıb.
Süjetdə müstəqilliyin əvvəllərində Azərbaycanın bütün sahələrdə dərin böhran içində olduğu qeyd edilib, yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkənin dinamik inkişaf yoluna qədəm qoyduğu diqqətə çatdırılıb. Ümummilli lider Heydər Əliyevin siyasətinin onun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində on illər ərzində əldə edilə biləcək nailiyyətlərin qısa müddətdə qazanıldığı xüsusi vurğulanıb. Bildirilib ki, postsovet ölkələri arasında bazar iqtisadiyyatına sürətlə keçid edən ilk respublika olan Azərbaycan regionun güclü ölkəsinə, dünyada söz və nüfuz sahibinə çevrilib.
Süjetdə Prezident İlham
Əliyevin rəhbərliyi dövründə Azərbaycanın
əldə etdiyi iqtisadi
nailiyyətlərdən geniş söhbət
açılıb. Qeyd edilib ki, son 15 ildə Azərbaycan iqtisadiyyatı 3,2 dəfə,
qeyri-neft sektoru 2,8 dəfə,
sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı
1,7 dəfə, qeyri-neft ixracı 4,1 dəfə
artıb. Ölkənin valyuta ehtiyatları 2003-cü ildəki
1,8 milyard dollardan 46 milyard dollara qədər artıb. Bu illərdə ölkə iqtisadiyyatına 250 milyard dollardan çox investisiya yatırılıb.
Diqqətə çatdırılıb ki,
Avropanın enerji təhlükəsizliyində mühüm
rol oynaması Azərbaycanı enerji sahəsində önəmli
ölkəyə çevirib. Prezident İlham
Əliyevin liderliyi ilə nəhəng enerji və nəqliyyat layihələri
reallaşdırılıb. Xəzər və Aralıq dənizlərini birləşdirən
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri istifadəyə verilib.
Dəyəri 40 milyard dollardan
çox olan "Cənub Qaz Dəhlizi” layihəsinin tikintisi başa çatmaq üzrədir.
Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi sayəsində
dünyanın ən nüfuzlu enerji şirkətləri ilə
1994-cü ildə imzalanan
"Əsrin müqaviləsi”nin müddəti
2050-ci ilədək uzadılıb.
Prezident İlham
Əliyevin bilavasitə
təşəbbüsü ilə Azərbaycanın nəqliyyat sahəsində
əldə etdiyi nailiyyətlər arasında
ötən il
oktyabrın 30-da istifadəyə
verilən Bakı-Tbilisi-Qars dəmir yolu marşrutunun əhəmiyyəti süjetdə
xüsusi vurğulanaraq,
bunun beynəlxalq yükdaşımalarda önəmi
diqqətə çatdırılıb.
Qeyd edilib ki, İlham
Əliyevin prezidentliyi
dövründə inkişaf
etdirilən ən mühüm sahələrdən
biri də yüksək texnologiyalar sahəsidir. Ölkədə 2010-cu ildə "Azərkosmos” ASC qurulub.
Bundan sonra - 2013-cü
ildə Azərbaycanın
ilk telekommunikasiya peyki
olan "Azerspace-1”, 2014-cü ildə "Azersky”, keçən ay isə
"Azerspace-2” telekommunikasiya peyki orbitə çıxarılıb.
Süjetdə Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan
Silahlı Qüvvələrinin
dünyanın 50 ən
güclü ordusu sırasına daxil olduğu qeyd edilib. Azərbaycan Ordusunun 2016-cı ilin aprelində və 2018-ci ilin mayında Ermənistanın
növbəti təxribatlarının
qarşısını qətiyyətlə
alaraq, torpaqlarımızın
bir hissəsini işğaldan azad etdiyi qeyd olunub.
Bildirilib ki, hərbi sahədəki uğurlar diplomatiya sahəsində də davam etdirilib
və Azərbaycan Ermənistanı dünyada
işğalçı ölkə
kimi tanıtmağa
nail olub. Nüfuzlu beynəlxalq təşkilatlar
Ermənistanın işğal
etdiyi torpaqları boşaltması üçün
qərar və qətnamələr qəbul
ediblər. 2011-ci ildə Azərbaycan 155 dövlətin dəstəyini
alaraq BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi
üzvü seçilib.
Süjetdə qeyd edilib ki, dünyada
sabitlik və əmin-amanlıq diyarı
kimi tanınan Azərbaycan son illərdə
bir sıra mötəbər tədbirlərə
və idman yarışlarına yüksək
səviyyədə ev sahibliyi edib. 2012-ci ildə
"Eurovision” mahnı müsabiqəsi,
dünyada ilk dəfə
keçirilən I Avropa
Oyunları və IV İslam Həmrəyliyi Oyunları Bakıda yüksək səviyyədə
təşkil olunub.
2016-cı ildən etibarən
Bakıda hər il Formula 1 yarışları
keçirilir. 2020-ci ildə
isə Azərbaycan futbol üzrə Avropa çempionatının
bir neçə oyununa ev
sahibliyi edəcək.
Süjetdə ulu öndər Heydər Əliyevin prezidentliyi dövründə
əsası qoyulan Azərbaycan-Türkiyə qardaşlığının
Prezident İlham Əliyevin hakimiyyəti illərində daha da inkişaf etdiyi, ölkələrimizin
birlikdə nəhəng
layihələr həyata
keçirdikləri bildirilib. Belə layihələrdən
birinin - SOCAR-ın İzmirdə inşa etdiyi STAR neft emalı zavodunun yaxın günlərdə
istifadəyə veriləcəyi
qeyd olunub.
Reportajda Azərbaycanın inkişafında
Prezident İlham Əliyev ilə yanaşı, Birinci vitse-prezident Mehriban Əliyevanın da mühüm rolu olduğu diqqətə çatdırılıb. Qeyd
olunub ki, Prezidentin qızları Leyla
və Arzu mədəniyyət və təhsil
sahələrində bir çox
layihələrin təşəbbüskarlarıdır. Prezident İlham
Əliyevin oğlu, babasının
adını daşıyan Heydər hazırda həqiqi hərbi
xidmətdədir.
Azərbaycan.-
2018.- 17 oktyabr.- S.2.