Beynəlxalq Miqrasiya Təşkilatının
nümayəndələri ölkəmizdəki dini vəziyyət barədə məlumatlandırılıblar
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı oktyabrın 16-da Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Cenevrə və Vyanada yerləşən qərargahlarının əməkdaşları Ceyson Aplon, Aleksandr Doqqen və BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Sərhan Aktoprak ilə görüşüb.
Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Mübariz Qurbanlı qonaqlara Azərbaycandakı dini vəziyyət, nümunəvi dövlət-din münasibətləri, DQİDK-nın fəaliyyət istiqamətləri, eləcə də konfessiyalararası harmoniya və tolerantlıq modeli barədə məlumat verib. Qeyd edib ki, ölkəmizdə multikulturalizm, dini həmrəylik mühitinin və sivilizasiyalararası dialoqun təşəkkülünə dəstək dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycanda müxtəlif dinlərə eyni ehtiram göstərilir, bütün konfessiyaların nümayəndələri Prezident İlham Əliyevin daimi diqqət və qayğısı ilə əhatə olunublar.
BMqT-nin Azərbaycan nümayəndəliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə layihələrinin uğurla həyata keçirilməsindən məmnunluqlarını ifadə edən qonaqlar faydalı əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Qarşılıqlı maraq doğuran məsələlərin
müzakirə edildiyi görüşün
sonunda M.Qurbanlı qonaqlara
Dövlət Komitəsi tərəfindən dərc olunmuş kitablar hədiyyə
edib.
Azərbaycan.-
2018.- 17 oktyabr.- S.2.