Davamlı inkişaf və möhkəm sabitlik

 

Bunlar Azərbaycanın əsas reallıqlarıdır

 

Şəffaf idarəçiliyi hökumətin mühüm vəzifələrindən biri kimi müəyyənləşdirən Prezident İlham Əliyevin idarəçilik konsepsiyasının diqqəti çəkən əsas tərəflərindən biri görülmüş işlər, o cümlədən qarşıda dayanan vəzifələrlə bağlı ictimaiyyətin məlumatlandırılmasıdır. Bu baxımdan hər rübünilin yekunları ilə bağlı Nazirlər Kabinetinin iclaslarının keçirilməsi həm də iqtidar komandasının xalq qarşısında hesabatıdır.

 

Dövlət başçısı ictimaiyyətin məlumatlandırılmasını zəruri hesab edir

 

Bu cür hesabatlar görülmüş işlərin dəyərləndirilməsi, insanlara düzgünobyektiv çatdırılması, həmçinin yol verilmiş nöqsan və problemlərin aradan qaldırılması baxımından səmərəli vasitədir. Bu günlərdə prezidentlik fəaliyyətinin 15 ili tamam olan cənab İlham Əliyev hər bir məsələdə ictimaiyyətin məlumatlandırılmasını zəruri sayır. Təsadüfi deyil ki, bu dövrdə Nazirlər Kabinetinin iclaslarının, o cümlədən iqtisadiyyatın, kənd təsərrüfatının ayrı-ayrı sahələri ilə bağlı müşavirələrin keçirilməsi ənənə halını alıb.

Belə iclaslar Azərbaycan iqtidarının fəaliyyətindəki şəffaflığın əyani sübutudur. Eyni zamanda bu cür iclaslar təsdiqləyir ki, vətəndaşların iqtidara olan etimadını, həmçinin uğur və nailiyyətləri şərtləndirən mühüm amillərdən biri sosial məsuliyyət prinsipidir. Ən əsası isə odur ki, Prezident

İlham Əliyevin sədrliyi ilə daimi olaraq Nazirlər Kabinetinin iclaslarının keçirilməsi, Azərbaycan iqtisadiyyatında baş verən yeniliklər, nəzərdə tutulan işlər, ölkənin xarici siyasəti, ordu quruculuğu və digər məsələlər barədə geniş hesabatların verilməsi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.

 

Bu il dinamik inkişaf təmin edilib

 

2018-ci il hələ başa çatmasa da, artıq indidən bu ilin Azərbaycan üçün növbəti uğurlu dövr kimi tarixə düşəcəyini söyləmək olar. İlk növbədə bu il respublikamızın iqtisadi inkişafı ilə əlamətdardır. Çünki bir neçə il əvvəl beynəlxalq iqtisadi böhranın nəticəsində yaranmış çətinliklər artıq geridə qalıb. 2016-cı ildən başlanan yeni iqtisadi islahatlar ölkədə xüsusən qeyri-neft sektorunun inkişafını təmin edib. İqtisadiyyatdakı inkişaf 2018-ci ildə artan templə davam edib. Bu baxımdan 2018-ci ilin ötən dövrü Azərbaycanda iqtisadi inkişafın davamı, islahatların uğurla həyata keçirilməsi ilə yadda qalacaq. Bu dövrdə makroiqtisadi sabitlik bir qədər möhkəmlənib, xüsusən qeyri-neft sektorunun artımı təmin edilib. Ona görə ötən 9 ay inkişaf templərinin sürətləndirilməsi istiqamətində növbəti uğurlu mərhələ kimi səciyyələndirilə bilər. Təsadüfi deyil ki, oktyabrın 9-da Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı çıxışına 2018-ci ilin ölkəmiz üçün uğurlu il olduğunu qeyd etməklə başladı: "2018-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. İlin əvvəlindən qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla vaxtında icra edilir. Azərbaycan 2018-ci ildə öz dinamik inkişafını təmin etmişdir ölkəmiz əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşamışdır”.

İclasda səslənən rəqəmlər Azərbaycan iqtisadiyyatındakı artım templərinin davamlı olmasından xəbər verir. Belə ki, bu ilin doqquz ayında ümumi daxili məhsul 0,8 faiz, qeyri-neft sektoru isə 1 faiz artıb. Sənaye istehsalında artım 2 faiz, qeyri-neft sənayesində isə 10,8 faiz təşkil edib. Cəmi iki il əvvəl yaranmış iqtisadi maliyyə çətinliklərindən ötən qısa müddətdə iqtisadiyyatda artımın müşahidə olunması özlüyündə çox böyük iqtisadi hadisədir. Bu, son illərdə ölkədə düzgün istiqamətdə aparılan iqtisadi islahatların, o cümlədən sənayeləşmə siyasətinin məntiqi nəticəsidir. Bu göstəricilər həm onu deməyə əsas verir ki, qeyri-neft sektorunun inkişafı istiqamətində qarşıya qoyulan vəzifələr yerinə yetirilir.

Kənd təsərrüfatında da vəziyyət ürəkaçandır. Belə ki, doqquz ayda bu sahədə 4,3 faiz artım baş verib. İnflyasiya cəmi 2,6 faiz, əhalinin gəlirləri isə 9,5 faiz təşkil edib.

Bu da onu göstərir ki, gəlirlər inflyasiyanı 3,6 dəfə üstələyir. Bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyulub. Bu vəsaitin 5,6 milyard dolları qeyri-neft sektoruna yatırılıb. Azərbaycanın valyuta ehtiyatları isə 45 milyard dollara çatıb. Doqquz ayda xarici ticarət dövriyyəsi 37 faiz, qeyri-neft ixracı isə təxminən 14 faiz artıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, budur, sosial-iqtisadi inkişafımızın əsas göstəriciləri: "İstənilən mötəbər beynəlxalq maliyyə qurumu bu nəticələri görərkən bir qənaətə gələ bilər ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir. Azərbaycanda çox düşünülmüş iqtisadi siyasət aparılır. Azərbaycan iqtisadiyyatı qarşısında gələcəkdə heç bir ciddi problem yoxdur. Sadəcə olaraq, biz gərək bu sahədə öz islahatlarımızı davam etdirək”.

Dünyada davam edən neqativ proseslərdən qaynaqlanan amillərin təsirinə baxmayaraq, iqtisadiyyatın şaxələndirilməsi, biznes investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişafı, eləcə mövcud çağırışların tələblərinə uyğun çevik iqtisadi islahat tədbirləri sayəsində Azərbaycan iqtisadiyyatı öz dayanıqlılığını möhkəmləndirir. Xüsusən qeyri-neft sektorunun inkişafında başlayan yeni mərhələ artıq yeni iqtisadi uğurların əldə edilməsi ilə müşahidə olunur. Reallıq ondan ibarətdir ki, əgər gələcəkdə neftin qiymətində kəskin azalmalar baş verərsə belə, bu, Azərbaycan iqtisadiyyatına hər hansı neqativ təsir göstərməyəcək.

 

Təhlükəsizlik tərəqqinin təməl daşlarından biridir

 

Dövlətin yüksəlişinin iqtisadi inkişafının müxtəlif amillərlə yanaşı, həm daxili sabitliklə siyasi-ictimai asayişin təmin olunması ilə birbaşa bağlılığı tarixi təcrübədə təsdiq edilən faktordur. Çünki hazırda bir sıra ölkələrin özünün ən yüksək inkişaf dövrünü yaşaması məhz sabitliyin qanunçuluğun təmini sayəsində mümkün olub. Amma planetimizin mənzərəsi göstərir ki, çağdaş dünyamız hazırda olduqca gərgin narahat günlərini yaşamaqdadır. İraqda, Suriyada hələ hərbi-siyasi gərginlik bitməyib. Bütün bunlar, o cümlədən regionda baş verən qanlı hadisələr göstərir ki, sabitlik təhlükəsizlik hər bir cəmiyyət üçün qədər dəyərlidir.

Azərbaycanda əldə edilən bütün uğurlar həm sabitliyin nəticəsidir. Bu mənada Azərbaycan cəmiyyəti öz sabitliyi, yüksək əhval-ruhiyyəsi inkişafa meyilli dinamik harmoniyası ilə yalnız fəxr edə bilər. Azərbaycanın sabitliyin etibarlı təminatı, ictimai asayişin qorunması baxımından bölgənin dünyanın ən yaxşı göstəricilərə malik ölkələrdən biri olması qürurvericidir. Respublikamız sosial-iqtisadi inkişafı ilə yanaşı, həm asayişin əmin-amanlığın qorunması baxımından da dünyada öncüllər sırasındadır. "Bugünkü dünyada vəziyyəti nəzərə alsaq, deməliyik ki, bu gün sabitlik, təhlükəsizlik hər bir ölkə üçün əsas amillərdən biridir. Azərbaycanda isə təhlükəsizlik, əmin-amanlıq, sabitlik qorunur, möhkəmlənir. Sabitliyin, uğurlu inkişafımızın təməlində bizim düşünülmüş siyasətimiz dayanır, eyni zamanda, xalq tərəfindən bizim siyasətimizə göstərilən dəstək dayanır”, - deyə hökumətin iclasında Prezident İlham Əliyev bu barədə bildirib.

Bütövlükdə 2018-ci il Azərbaycan üçün iqtisadi baxımdan böyük uğurlarla zəngindir. Öz növbəsində "Cənub qaz dəhlizi”nin, TANAP-ın, Ələt Beynəlxalq Dəniz Ticarət Limanını istifadəyə verilməsi, üçüncü peykin orbitə buraxılması Azərbaycanın iqtisadi, həm mühüm siyasi nailiyyətləridir. Çünki bu nəhəng layihələrin işə düşməsi yeni maliyyə mənbələrinin yaranması, ölkəyə valyuta axınının artması, nəticə etibarilə Azərbaycanın inkişafı xalqın sosial rifahının yüksəlməsi deməkdir. Buna görə həm 2018-ci, həm qarşıdan gələn növbəti illərin Azərbaycanda yüksəliş dövrləri olacağı şübhəsizdir.

 

R.CƏFƏRLİ

 

Azərbaycan.- 2018.-17 oktyabr.- S.1; 3.